Təmsil Problemi

Bu aralar hamı bir birini təmsil edir. Hamı da bu təmsillərə etiraz edir.

Konstitusiya isə belə deyir…

Maddə 4. Xalqı təmsil etmək hüququ

Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.

Ümumiyyətlə isə heç kim xalqı təmsil etmir. Daha doğrusu işlər çox qarışıqdı.

Xalqın seçdiyi səlahiyyətli nümayəndə söhbəti Azərbaycan üçün keçərli olmadığı üçün bu işə heç baş qoşmamaq lazımdır.

 

Burda isə xalqı təmsil məsələsi deyəndə daha çox aztv’dən gedir söhbət. Üstəgəl müxaliflərin qalası olan facebook və youtube’dan. Hər iki yerdə də deyilir ki, biz gənclər, biz flan yerdə yaşayan gənclər, flan yerdə təhsil alan gənclər bu cür düşünürük.

Məsələ də məhz bu yerdə qarışır. İndi hər iki tərəf bir birini asanlıqla ittiham edir ki, sizə kim haqq verir ki, bizim adımızdan fikir bildirəsiz.  Hər iki tərəf də sanki digər tərəfi ittiham etməklə özünü haqlı çıxara biləcək. Amma qarşı tərəfə yönələn ittihamların çoxunu digər tərəfə dəyönəltmək olar…

Təbii ki, şərtlər eyni deyil. Biri var aztv’də öncədən verilmiş mətni oxuyasan biri də var sərbəst fikrini bildirəsən. Bu iki qrupu eyniləşdirmək təbii ki haqsızlıq olardı. Amma sərbəst fikir ifadə edənlər də bir gerçəyi unutmamalıdırlar ki, hamı adından çıxış etmək düzgün deyil. Hamı yerinə bir qrup sözünü işlətmək dəolar məncə…

Yenə təkrar edirəm hər iki tərəf sərbəst fikirlərini ifadə etmiş olsalar belə, aztv’çiləri yenə də qınamaq olar. Çünki, ortada öz fikrini bildirməkdə daha çox qarşı fikri ittiham etmək var. O qrup arasından bu yazını oxuyan olsa çox xaiş edirəm ki, xaricdən maliyələşən ifadəsini hər yerdə işlətməsinlər. Yox əgər buna əminsinizsə onda buyurun prakurorluğa müraciət edin, Azərbaycanda heç bir partiya xaricdən maliyələə bilməz qanunlara görə. Əgər nəyəsə istinadən bunu deyirsinizsə onda bunu lazımı organlara bildirmək də sizin vətəndaş borcunuzdur və əminəm ki belə bir fakt olsa prokororluq da sevə sevə həmin partiyalar haqda birşeylər edər…

 

Ona görə də, gəlin indən belə hamı öz qrupu və s. adından danışsın, başqalarını ittiham etməkdənsə öz fikirlərini desin..

Beləliklə hər şey yaxşı olacaq…

Etiketlər: , , ,

4 Cavab to “Təmsil Problemi”

  1. Neo Dədə Qorqud Says:

    mövzu haqqında videoçarx FBdəki səhifəmdə yayımlanmışdır. ))))

  2. Neo Dədə Qorqud Says:

    youtubeda kanalımda var adı “Hamının Yerinə Danışma Sənəti”

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: