Paytaxt Sakinləri (c)

Sağolsun aztv, ortaya təzə bir ifadə çıxardıb. Paytaxt Sakinləri…
Çox maraqlı və araşdırmaya açıq bir qruplaşmadır bu Paytaxt sakinləri. Bu insanların əsas işi isə aztv`yə müsahibə verməkdi..
Səbəbini bilmirəm (guya da) amma maraqlıdır ki, bütün paytaxt sakinləri eyni düşünmək bir tərəfə, eyni sözlərlə, eyni cümlələrlə danışırlar…
Bütün günü şəhərdə kastyum, qalstuk ilə gəzirlər. İstirahət günlərində belə… Hər gün də bu cavanlar üzlərini qırxır, oturub əməlli saç darayırlar. Niyə sualı vermək olar burda..
Məncə səbəb aydındır. Bu paytaxt sakinləri, ehtiyat igidin yaraşığıdır şüarı ilə yaşayırlar. Bunlara görə hər an aztv qarşılarına çıxa bilər. Aztv önündə isə qalstuksuz görünmək olmaz. Paytaxt sakinləri arasında qadınlar da var təbii ki. Amma Azərbaycanda qadınların çoxu  istirahət günlərində belə olduqları kimi görünmədikləri üçün yuxarıda yazdıqlarım qadınlar üçün artıq təbii hal olub…

Nə isə…

Bu Paytaxt Sakinlərinin işi gücü aztv`yə müsahibə verib, müxalifəti “yıxıb dürüməkdir”. Özləri bilərlər, öz işləridir. Mənə nə axı onlardan da demək olar. Hətta söz azadlığının bir parçasıdır da demək olar buna. dərinliyə getsən daha nələr nələr demək olar, amma həmin tv`lər alternativ düşüncələrin üzünə bağlı olduqları müddətcə bunları demənin yeri yoxdur məncə.

Üstəgəl burda azad fikirdən və ya şəksi fikirdən yox, əzbərlədilmiş müsahibələrdən gedir söhbət. Paytaxt Sakinlərinin bir ikisini dinləmək bunu anlamağa bəs edər.

 

Nə isə. Əgər aztv ilə əlaqəsi olan kimsə oxusa bunu, onlara çatdırsın ki, heç olmaya fərqli cümlələr dedizdirin insanlara.  Artıq “yumşaq kreslo, radikal müxalifət ” və s. kimi sözlərdən istifadə etməyib. Çürüyüb o sözlər artıq. Yeni sözlər, yeni cümlələr qurun. Müsahibə alacağınız insanlara deyin ki, qalstukla gəlməsinlər🙂

Nə isə. Aztv`yə gələcək fəaliyyətində də uğurlar arzulayaq. Pis vaxtda belə təbəssüm yarada bilirlər insanda …

Etiketlər: , , , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: