Bakıda Olmaq Vardı…

Hal hazırda Bakıda olmaq var idi…

Bu şəkilə bənzər bir şəkil çəkdirəbilmə imkanı bir də nə vaxt ələ düşə biləcək görəsən? Bildiyim qədəri ilə axırıncı dəfə polislər qalxanlardan, kasklardan 6 il əvvəl istifadə ediblər…  Bu imkan üçün bir 6 il daha mı gözləmək lazım olacaq yoxsa…

Axı deyirlər 2012 dən o tərəfi yalandı…

Ağılda maraqlı ideyalar çoxdu… Ancaq xaricdə oturub xalqın balalarını qırğına vermək məsəli, nə var ki, Azərbaycandan kənarda oturub nəsə ideya ortaya qoymağa. Adama deyəllər gəl, bizim polisin qabağında dur görüm necə durursan.. Bu sözün qarşısına bir söz de görüm necə deyrsən indi…

Misalçün Atilla İlhanın Aysel haqda olan məhşur şeirinin adını azacıq dəyişdirib bir pankart düz qoş etmək. Hələ hələ sevdiyin insanın adı Ayseldirsə pankartın altına p.s. də yazmaq olardı..

Pankart yazmağa nə var ki, əsas məsələ onu bizim polisin qabağında aça bilmək deyilmi…  Lap 100 pankart yaz, onu aça bilmədikdən sonra nə işə yarayar ki…

Amma indi Bakıda olmaq var idi doğrudan da…

Bu istəklərdən bir – ikisini gerçəkləşdirə bilmək vardı..

Ən azından ehtimal var idi, brda ikən heç o ehtimal da yoxdur ki…

Hətt 5-10 sutka yatmağa da dəyərdi bu ideyalara görə🙂

 

P.S.  Yazının adını “Bakıda olmaq vardı” qoymaq istədim, sonra dedim Jamal Ali Olaydım İndi Bakıda adlı yazı yazıb artıq, bunu görsə deyər plagiatlıq eləmə🙂

Amma məncə deməz, yenə də belə qoyum adı🙂

 

Bu arada bir az Pink Floyd dinləməkdə fayda var, adamlar anarxizmin kitabını yazıblar musiqi ilə…

 

Etiketlər: , , , ,

2 Cavab to “Bakıda Olmaq Vardı…”

  1. Güldəstə Says:

    Sirrlərini hamıya demə,oğurlayarlar))) Sən janın,:P

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: