2 Aprel Haqda (2)

Deməli belə…    2 Aprel Haqda elə həmən gün, yəni dünən qısa bir cızma qara yazdım. O cızmaqarada da qeyd etdim ki, hadisələrin üzərindən bir az keçdikdən sonra yazmağa çalışıram, çünki o an yazılan yazılarda duyğu yüklü və yanlışlığa açıq olma ehtimalı yüksək olur.

Düzdü bir gerçəklik də var ki, siyasi görüşü olan bir insanın, siyasi hadisələr haqda tərəfsiz bir yazı yazması çox çətin məsələdir. Amma yenə də, ən azından hadisələri olduğu kimi yazmaq və ya demək mümkündür.

2 Aprel heç şübhəsiz ki, 2005 dən bu yana olan ən uğurlu mitinq idi. Bu fakt öz yerində. Amma ciddi əksikliklər də var idi. Digər mitinqlərdən fərqli olaraq bu səfər tutulanlar daha çox oldu deyə, xəbərləşmə, hüquqi yardım, siyahının hazırlanması kimi ciddi problemlər də göründü.

Nə isə bunlar önəmlidir düzdü amma düzələcək şeylərdir.

Aztv isə çətin ki düzələ…

Sırf bu aksiya haqda verəcəkləri xəbəri izləmək üçün internet üzərindən aztv`ni izlədim və …

Sən demə bizim gördüyümüz bütün videolar başdan ayağa yanlış imiş. Xüsusi olaraq xarici studiolarda hazırlanıb və sanki Bakıda olubmuş kimi camaata sırımağa çalışılıq, utanmazcasına. Sən demə aztv tabiri ilə, 24 polisimiz qanına qəlan edilib. Aksiyaçılar şəhərdə daş üstündə daş qoymayıblar, bir dənə də salamat şüşə yoxdu indi Bakıda…

İnsaf deyilən anlayışdan çox cuzi dərəcədə olması belə bu xəbərlərin ortaya çıxmamasına bəs edərdi…

Və əsas problem ordadır ki, bu gün tv lər daha çox insana xəbər çatdırır. Azərbaycanda internət istifadəçisi bir neçə mindir (söhbət aktiv istifadəçilərdən gedir ) və müxalif qəzetlərin tirajı o qədər də yüksək deyil. Yəni insanların o tv`lərdəki xəbərlərə inanma ehtimalı da çoxdur. Bu isə doğrudan da faciədir.

Bunun qarşısının alınması isə çox çətindir və düzü ağlımda bu haqda heç bir fikir də yoxdur.

Bir başqa məqam isə, diqqətimi hər zaman çəkən, qıraqda duran tamaşaçılar məsələsidir. Azərbaycan toplumunun apolitikləşməsi bir tərəfə xüsusilə müxalif düşüncəli insanlara qarşı bir fikir yaradılıq. Dəlidirlər bunlar, ağılları yoxdur, oturub pullarını qazanıb ailələrini saxlamırlar. Bu düşüncə də çox faciəvi bir düşüncədir. Bu düşüncə də ortadan qalxmadığı müddətcə ciddi uğurun əldə edilməsi çox çətindir…

 

Nə isə..

Toplumu tənqid etmək, televiziyaları, iqtidarı tənqid etmək indi çox asandır. Çünki tənqid ediləcək saysız hesabsız şey var. Bunlar hamsı bir tərəfə, sabaha ümidlə baxmaq lazımdır hərşeyə rəğmən…

Bu şəkildəki kimi, əl – ələ gələcəyə addımlamaq lazımdır…

Uğurlar hər kəsə…

 

Amma bir gerçək də var ki, 2 Aprel axşamı Azərbaycan ailələrində  bu video daha çox izlənib və  bu mövzu daha çox danışılıb…

Nəinki bu videolar və bildiyimiz bu mövzu…

Etiketlər: , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: