Gülməli yoxsa Ağlamalı?…

2 gün əvvəl Trend.az`da xəbər yayılır ki, müxalifət partiyalarından birinin başçısı olan Əli Kərimli eyni anda “Azərbaycan İslam Partiyasının, Azərbaycanda son zamanlar fəallaşan iranmeylli şiə məzhəbli dini qurumların, “Hizbullah” təşkilatının, Dağıstan və Çeçenistanda vuruşmuş vəhabilərin, “Taliban” hərəkatına yaxınlığı ilə seçilən qrupların, nurçuların və digər dini qurumların nümayəndələri” ilə görüşəcək. Hətta görüşün yeri belə yazılır. Daha sonra bəzi iqtidar mənbələri yazır ki, görüş baş tutub və bu görüş ilk deyil, dəfələrlə olub.

Bir birini az qala kafir elan edən, illər boyu başqalarını bir kənara qoyub öz aralarında savaşanlar, bir birlərini öldürməyi cihad adlandıranlar necə olursa Azərbaaycanda bir araya gəlirlər. Özü də Bakının mərkəzində, gündüz vaxtı, əvvəlcədən də hamının xəbəri olur bundan. Təsəvvür edək ki, xəbər düzdü və belə bir görüş olub. (Bilirəm təsəvvür etmək belə çətindi🙂 )  Bəs onda  mənim təhlükəsizliyim necə təmin olunur? Silahlı mübarizə ilə məşğul olan qruplaşmalar Bakıda rahatlıqla toplantı keçirirsə, kriminagen vəziyyət nə cür tam nəzarətdə ola bilər?

Nə isə.. Tək dərd bu deyil ki..

Bu gün yenə trend.az`da Daxili İşlər Nazirinin bəyənatı yayınlanır, deyilir ki qanunsuz mitinqlərə qatılmayın. Amma eyni gündə Bakının mərkəzində aksiya olduğu görüntüləri yayınlanır.

Polis isə heç nə etmir, mənim sabitliyimi, ictimai asaişimi qorumur. Mitinq iştirakçları əllərində səsgücləndiricilər ilə insanların istirahətlərinə, yol hərəkatına mane olurlar.

Bəs nəyə görə polis öz nazirinin dediklərinə əməl etmir?

 

Maraqlı sualdı…

Artıq gülməli şeylər görməyə alışmışdıq indi isə çox gülməli şeylər görürük. O qədər gülməli şeylər görürük ki, lap ağlayırıq…

 

Nə isə… Hələ çox güləcəyik bu gedişlə….

Etiketlər: , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: