Məqsədiniz Nədir?

Hərdən düşünürsən ki, görəsən eyni toplumda, eyni ölkədə yaşayıb konkret şeyləri, necə ola bilər ki, bir biri ilə əlaqəsi olmayacaq şəkildə görəsən? Qəbul edirəm cümlə çox qarışıq oldu, əvvəli axırı uymur bir birinə. Uzun sözün qısası necə ola bilər ki biri qatığı ağ görür, o biri qara?

Bəlkə də bu sualın cavabını tapmaq elə  insan övladını tam başa düşmək deməkdir.

Nə isə.. Bu videoya baxın bir…

Şəhərdə gəzənlərin sadəcə irəliçilər olması və ya aztv ilə irəli arasında gözügörünməz bir çəkim gücünün olmasını bir kənara qoyaq.

İşin maraqlı tərəfi isə telekanalların, xüsusən də aztv və liderin niyə hər şeyi bu qədər ciddiyə aldığı sualıdır.

11 və 12 martdan əvvəl yazdıqlarımı yenə təkrar etmək istəmirəm, sözün əsl mənasında yorulmuşam artıq təkrarçılıqdan.

Sadəcə olaraq mənə maraqlı gələn bir neçə sual var. Bu sualların cavablarını tapa bilsəm çox sevinərdim…

İlk olaraq mənə maraqlıdır ki, görəsən doğrudan da hər şey bu insanların gözlərinə bu qədər gözəl görünür?

Bu insanlar təsir, əks təsir haqda heç nə bilmirlər mi?

Bilmirlərmi ki, reklamın pisi yaxşısı olmur və heç bir mediaya çıxışı olmayan insanları reklam edirlər?

Anlamırlarmı ki, bu çıxışlarla özlərinə nifrət, tənqid etdiklərini düşündükləri insanlara isə daha çox hörmət qazandırırlar?

 

Bəlkə də bunu edənlərin içində müxalifətə gizli də olsa sevgisi olan insanlar da var və  əsl məqsədləri elə budur?

Bəzən bu cür ideyalar da ağla gəlmir deyil🙂

 

Nə isə..

Çox ciddiyə almadan və təbəssümlə aşağıdakı videoları izləməyə çalışın🙂

 

Bəlkə də bunu edənlərin içində müxalifətə gizli də olsa sevgisi olan insanlar da var və  əsl məqsədləri elə budur?

Bəzən bu cür ideyalar da ağla gəlmir deyil🙂

Etiketlər: , , , , , , , ,

4 Cavab to “Məqsədiniz Nədir?”

  1. Turkan Says:

    Xalanin adina bax😀

    • Cavid Qocalı Says:

      😀 fikir verməmişdim😀
      xala deir ki, Başqa dövlətlərə baxırsan televizorda, adam özü özünə nifrət edir ki, bu xalq niyə belə edir.

      Ay xala day özünə niyə nifrət edirsən ki? ))😀

  2. Neo Dədə Qorqud Says:

    Məncə bu tip videolardan heç də insanlar baxıb müxalifətə sevgi zad tutmurlar (sevgi tutmaq ))) ) Mence bu əks təsir də, zatən içində müxalifət partiyaci hörməti olanlarda, tezeden hörmet artırır (naqlı iddia eledim ki, sen müx.partiyaçısan)….Və məncə, bu videolarla əks təsir ancaq emosiyanal adamlarda olar, mən bu videolara oyunun bir parçası kimi baxıram. Eləməli olduqlarını edirlər, bu normaldır. Sadece bunu fikirləşən adamlar daha yaxşısını edə bilərdilər. Özüm ölüm, özüm o mühəndisin yerinə olsam, daha fərqli terminlərlə çıxardım. Mühəndis xəta eləməyə başlayıb sadəcə biraz, o da yəqin tələsdirirlər+həyəcanlanıb ondandır…Sakit sakit düşünsələr, daha qəşəng şeylər düzəltmək olar.

    • Cavid Qocalı Says:

      Düzü partiyacı deiləm, hətta olmaq fikrim də yoxdu hələ ki.
      heç yazıdakı baş qəhrəmanı da lider kimi qəbul etmirəm. sadəcə gördüklərimi və düşüncələrimi yazdım. yanlış ola bilər, amma doğru da ola bilər.
      mənim diqqət etdiyim isə, insalarda məncə şərti olaraq bir ay əvvəl sadəcə iqtidar təriflənərkən, indi niyə ard arda saatlarla müxalifət tənqid və təhqir olunur sualı yaranır. Bir şeyin olmadığı iddia edilir sonra saatlarla o tənqid edilir. Maraqlı haldı və məncə sadə insanların da diqqətini çəkə bilər bu…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: