Anan ölsün, ay Sarı Gəlin…

Bir müddət əvvəl Səfura Əlizadənin mini yubkada Sarı Gəlin`i oxuması haqda xəbər yayılmışdı. Hətta Səfurə insanlardan üzr belə istəmişdi ki, bağışlayın bilmirdim Sarı Gəlin`i oxuyacağımı..

O vaxt nə isə deyib xəbərə önəm verməyib keçə bilmişdim. Amma tarix bu gün də təkrarlandı🙂

Yenə Səfurə, yenə mini yubkada və yenə də Sarı Gəlin. Xəbərə görə bu dəfə izləyicilər səssiz qala bilməyib və Səfura kəskin etirazlarla üzləşməli olub.

Ən azından sevinmək lazımdır ki, nəyəsə də etiraz edə bilirmişik..

 

Hər şeyi bir kənara qoyaq. Axı nə var bu Sarı Gəlində? Niyə bütün mahnıları mini yubkada oxumaq olar da, Sarı Gəlini olmaz? Necə olur ki, Eurovizion`da demək olar ki hər dəfə, kifayət qədər açıq geyimdə olmaq problem olmur, Azərbaycanda hər hansı bir mahnını açıq geyimdə oxumaq problem olmur amma iş Sarə Gəlinə gələndə axar sular dayanır?

Heç kim deməsin ki, nə var qısa və ya açıq geyimdə və s.

Məncə də heç nə yoxdu, daha doğrusu hər kəsin şəxsi seçimidi. Bundan mənə nə? Sadəcə maraqlıdır ki, eyni insan açıq şəkildə bütünn dünyada izlənməsi problem olmur amma Sarı Gəlin`i oxuyan kimi başlanılır etirazlar?

 

Sözün əsl mənasında bu Sarı Gəlin məsələsinin ağını çıxartmışıq. Hər şey bir yana Azərbaycan toplumundakı qadınlar sarı olmur axı o qədər də. Çox dərinə ensəm yenə vətən xaini elan ediləcəm. Ona görə ehtiyac yoxdu, oturmuşuq sakitcə yerimizdə🙂

 

Nə isə, uzun sözün qısası, bu yazıq Sarı Gəlindən əl çəkin, çox xaiş edirəm. Onsuz hər mahnıda ara yerdə anasına da qarğış oxuyullar yazığın. Bir də siz başlamayın da o paltarda oxuyun, bu paltarda oxumayın söhbətlərinə….

Bu arada buna da bir göz atsanız pis olmaz :) Sarı Gəlin Yox, Qara Tellər Hə


 

Etiketlər: , , ,

2 Cavab to “Anan ölsün, ay Sarı Gəlin…”

  1. eykey Says:

    bezi qrammatik sehvleri nezere almasaq, yaxşı yazıdı. Mən sarı gəlin görməmişəm indiyə kimi. Sarı rəng adam olmur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: