O Mahnı…

Bir mahnıya qulaq asmaq istəyirəm… İndiyə qədər eşitmədiyim bir mahnı olsun istəyirəm… Neçə günün agressiyasını, yorğunluğunu, üzüntüsünü, bir sözlə hər şeyi 5-6 dəqiqəyə yoxa çıxardacaq bir mahnı.

Düzdü bilirəm ki, bir mahnıdan çox şey istəyirəm. Amma yenə də bilirəm ki hardasa elə bir mahnı var.

Fiona dinlədim alınmadı, Azam Ali dinləyirəm alınmır, Muse da faydasızdı.

Pink Floyd, Metallica, Anathema`nın əksər parçalarını dinləmişəm deyə mən istədiyim parça yoxdu heç birində…

Yuxu`nun da dinləmədiyim parçası qalmayıb demək olar ki…

Nə istədiyimi də tam olaraq bilmirəm….

Daha çox progressive rock olsun istəyirəm….

Çox yavaş tərzdə başlayan mahnı daha sonra uzun gitara solosu ilə davam etsin….

Mahnıda anarxiyanı, etirazı, izdihamı hiss edə bilmək istəyirəm…

Bilirəm ki, bu işdə hələ ki Pink Floyddan daha yaxşısı yoxdu…

Musiqi ilə Anarxiyanın, Kaosun kitabını yaza bilib adamlar.

Son zamanlar sevməyə başlamışam hər iki sözü… Hər hansı bir düzəndən daha çəkici görünür… İnsan yorulub artıq sıx qanunlardan. İnsanın yaratdığı hər bir şey yetərsiz olur və yorur insanı. Məni yorur ən azından. Bütün qanunlar yetərsizdi məncə və hamını əhatə edə bilmir. Qanunları yazanlar, tətbiq edənlər və s. tərəfsiz ola bilmir. Mümkün də deyil məncə. İnsanların tərəfsizliyi sadəcə yalandı mənə görə. Öz tərəfində olanlara tərəfsiz, digər tərəfdə olanlara isə tərəfli deyirik…

6-7 milyard insanın arasında tək yaşamaq mümkündürmü görəsən? Nə qədər uzağa getmək lazımdı?

 

Nə isə, qayıdaq mahnıya..

Sözün əsl mənasında məni dəyişəbiləcək bir mahnı axtarıram. Həyatımın bu ana qədərki hissəsini göümün önünə gətirəbiləcək bir mahnı. Sadəcə bununla da yetinməyəcək və daha radikal addımlar atmağıma təkan verəcək bir mahnı..

Belə bir mahnı bilən varsa xəbər etsin bir zəhmət…

 

Bəlkə də doğurdan da, bu səfər də hər şeyi musiqinin üstünə atmağa çalışıram və qorxaqlığı musiqinin arxasında gizlətməyə çalışıram…

Etiketlər: ,

8 Cavab to “O Mahnı…”

  1. Turkan Says:

    Eslinde senin yazdigin sertlerin demek olar hec birine cavab vermir amma yene de Eelse qulaq as ^^

    Ve xuxusile bu mahni: http://www.youtube.com/watch?v=iHnZYQsTIEw

  2. paranormalka Says:

    Disturbed-the night )) amma mence sizin istediyiniz hal-hazirda rock janri olmamalidir bu seferlik uzaqlashin men meslehet gorerdim 80-90 ci illerin xarici unudulmayan mahnilarini dinleyesiz umidvaram komek olar.Mene faydasi oldu :)))

  3. paranormalka Says:

    OK o.zaman size And oceans grupunu meslehet gorum 100% komek olacaq🙂 Dinleyersiz

  4. paranormalka Says:

    xmm dinledizse maraqlidir teessuratlar =))))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: