Azər və Araz….

Bildiyiniz kimi təxminən 1 həftə ərzində Bakıda 2 konser senzura qurbanı oldu.
İlk konser Azər Cırtdan konseri idi ki, mən təbii qarşıladım bu konserin son anda iptal olmasını.
Bu o demək deyil ki, düzgün olduğunu düşünürəm bunun. Sadəcə bu görülən bir şey idi ki, belə bir zamanda siyasi (sırf iqtidar, prezident və s. haqda) mahnıları var Azərin və bu situasiyada şəxsən mən təxmin edirdim bu halı.
İkinci konserdə isə qismən fərqli idi durum. Çünki Araz Elsəs ideolojik mahnılar oxuyur və mahnıları etiraz ruhu daşısa da daha çox Güney və Bütöv Azərbaycan haqdadı.
Bildiyim qədəri ilə 2002 ci ildən bəri ayrıca konserə imkan verilmir və bunun səbəbi nə ilə izah oluna bilər açığı aydın deyil mənə. Çünki 2002 ci ili və sonrasıni bir tərəfə qoysaq belə, son illər İranın açıq şəkildə Azərbaycanı təhdid eləməsi, Hakimiyyətin İranı bir çox şeydə, devrim ihracı, iç işlərə qarışma və s. ittiham eləməsi ilə bu addım arasında əlaqə qurmaq çətindir..
Çünki 2005 dən bu yana Bakının mərkəzində demək olar ki, sadəcə İran səfirliyinin önündə sərbəst toplaşma haqqı tanınır. Düzdü o da qisməndi amma yenə də, digər yerlərə baxdığımız zaman fərq açıq görünür.
İranın bu qədər təhdid olduğu zamanda Araz Elsəs konserini iptal eləttirmək çox qəribə görünür. Ən əsası ona görə ki, Araz Elsəs birbaşa Güneyin istiqlalı haqda mahnılar oxuyur ki, bu da İranın parçalanması deməkdir…

Nə isə…
Elə qəribə bir ölkə vətəndaşlarıyıq ki, nə necə olur, niyə görə olur sualları cavabsız qala bilir çox vaxt.
Məncə, bir müddət əvvəl etiraz musiqisi və muğam haqda yazdığım yazının əyani sübutu oldu son bir həftədəki iki olay…
Etiraz musiqisi lazımdı bizə və inanın ki konserləri qadağan eləməklə heç nə qazanmaq olmur…
Facebook, Youtube deyə bir şeylər var……..

Etiketlər: , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: