Novruz

Hava yağışlıdı, bu gün “There is hope in raindrops” deyə bir cümlə eşitdim izlədiyim dizidə. Əslində yağışı sevirəm və əhvalıma yaxşı təsir etməli idi bu hava. Amma keçən dəfə fikriləşdim ki, hansı havanı, hansı fəsili və ya ayı sevdiyimi dəqiq bilmirəm. Sadəcə yağışı sevdiyimə əminəm o qədər. Elə indicə fikirləşirdim ki, heç hansı rəngi sevdiyimi, uzun saç yoxsa qısa saç istədiyimi və s. i də heç bilmirəm.
Bu gün ehvalımın necə olduğuna dair heç bir fikrim yoxdu da deyə bilərəm əslində.

Bayramdı, əslində sevirəm bu bayramı amma buna da əmin deyiləm. Bayramı keçirdiyimiz bir yerdə özümü bura aid deyilmiş kimi hiss elədim bir müddət. Düzdü gənc çox az idi, tanış da az idi deyə ola bilər amma nə bilim..
Əslində səhər oyananda Novruzu niyə məhz Türkiyədəki Ergenekon əməliyyatı başlayandan sonra Ergenekon olaraq adlandırılması, Hrant Dink olayından sonra Hepimiz Türküz və ya Azərbaycalıyız sözlərinin gündəmə gəlməsi və s. üzərinə yazacaqdım amma sonra dedim ki, nə də olsa bayramdı barı bu gün çox dərin mövzulara girməyək.

Çox bayramı keçirmirəm, ad günlərini təbrik etmirəm deyə bu bayram da az təbrik alıram deyəsən. Bu saata qədər cəmi bir divar yazısı və bir şəklə tag var facebookda. Əslində bəlkə də sevinirəm buna, yenə tam əmin deyiləm. Bəlkə də bu nə vaxtsa etmək istədiyim çılğınlığın ilk addımıdır bu.
Əslində bütün bunlar öz başımı aldatmaq üçün uydurduğum bəhanələr də ola bilər.
Nə isə…

Həqiqətən də bu dəqiqə düşüncələrimi tam olaraq özüm belə anlamıram deyə burda yazmaq da alınmır.
Əslində sevriyim Qazaxstanlı bir qrupun konseri var 2 saat sonra ora getmək idi planım amma bu mövzuda da qərarsızam indi..
Həyatda özüm qədər qərarsız bir insan görməmişəm 🙂 Görsəm sevinmərəm desəm yalan olar..

Nə isə ümid edək ki gələn il bu vaxtlar Afrikada olacam. Çox şeydən uzaqda. Düşüncələrimdən qaça bilməyəcəm təbii ki, amma yenə də durum eyni olmaz deyə ümid edirəm..

Novruz bayramınız da mübarək olsun 🙂
Ümid edək ki, fəsillə bərabər həyatlar da dəyişər. Ən azından həyatının dəyişməsini istəyənlərin həyatı….

Etiketlər: ,

4 Cavab to “Novruz”

  1. Anar Azizov Says:

    cavid, bayramin mubarek 🙂 nece bele illere… Menim de hec sevmediyim bir seydi, bu qerarsizliq.. heyf ki, mende de var, ozu de coxx..

  2. Eykey Says:

    Novruz Bayraminiz Mubarek olsun!:)

Cavid Qocalı üçün bir cavab yazın Cavabı ləğv et