Sahili Saxlayın Ağıllılara

Araz Elsəs adlı bir sənətçi var, Ozan deyirəm qısaca adına. Və öz tərzi ilə heç kimə bənzəmir. Sazı heç kimdən öyrənməyib deyə heç kimə də oxşamır. Öz müəllimi elə özüdü, dərdləridi, sevgisidi.
Nəsə yazmaq çətindi mənə Ozan haqda. Heç nə ilə izah edə bilmərəm bunu. Mahnılarının mənə necə təsir etdiyini, canlı dinləməyi nə qədər çox istəiyimi.
Düzdü bir dəfə dinləmişəm canlı, xeyli söhbət də eləmişəm, imzalı albomunu da almışam amma bəs etmir nədənsə.
Rock xəstəsi kimi, Pink Floyd (ki artıq yoxdu), Metallica, P.J. və s. lərin konseri ilə eyni gündə olsa Ozanın konseri düşünmədən Ozanın konserini tərcih edərəm. Digərlərini heç canlı dinləmədiyimi nəzərə alsam belə.
Daha liseydə oxurkən dial-up internetlə öz saytında olan bütün mahnıları endirmişdim demək olar ki.
Sora sürətli internetlə tanış oldum, demək olar ki bütün videolarını, mahnılarını bir şəkildə tapıb bir yerə topladım.
Lakin hələ də tapmadığım vir neçə mahnısı var.
Əslində bu yazını da sırf o mahnılar üçün yazmışam.
Bir Balıq Olsaydım deyə bir mahnı haqda daha Space tv də bir verlişdə özündən eşitmişdim, 5 ilə yaxındır ki, axtarıram amma sadəcə ilk 2 dəqiqəsini tapa bilmişəm, o da Azadlıq Radiosunda səslənib.
Digər mahnısını isə öz dilindən eşitməmişdim ilk, dir Güneyli dostum zümzümə etmişdi.
O vaxtdan misralar beynimdədi.
Sahili Saxlayın Ağıllılara
Mən getdim dənizdən dənizə batam.

Bir də Ankaradakı konserində bunları yenə zümzümə etmişdi o qədər. İkinci mahnı daha əziz gəlir mənə amma tapa bilmirəm.
Ümid edirəm ki nə vaxtsa tapılar.

Düşüncələrim Yasak deyə bir mahnısı da var. sadəcə dinləməyə dəyər. Hər şeyi orda çox gözəl izah edir, özü də çox yayılmamış, bilinməyən bir mahnısıdı..
Düşüncələrim Yasak

Nə isə ümid edək ki, janrdan və s. asılı olmayaraq Ozan kimi öz çizgisi olan sənətçilərimiz daha çox olar…



Etiketlər: , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: