11, 12 Mart…

Neçə gün idi heç nə yazmağa həvəs yox idi. Sözün əsl mənasında bezdirmişdi və hətta bir az da iyrəndirmişdi eyni şeylər..

Təsəvvür edin ki 20 ildi müstəqilik və sözdə demokratik, qanunverici, icraedici və məhkəmə qanadı olan dövlətdə yaşayırıq hələ də özünü müasir, vətənşüvən, işi gücü dövlətə qarşı olan təxribatların qarşısını almaq olan gənclər durub yenə də qocalardan eşitdiyimiz və artıq bir növ eşitməyə alışdığımız sözləri deyirlər.

Dövlətçiliyimizi qoruyaq, Qarabağ, Erməni barmağı və s.

Ey ağıllı insanlar siz hələ də başa düşə bilmirsiniz mi, dövlətə və hakimiyyətə, iqtidara qarşı olmaq arasındakı fərq nədir?

Hələ də bunu anlamırmısınız ki, hər kəs hakim partiyanı sevmək, prezidentin, MM`in və s. qərarlarını doğru qəbul etmək məcburiyyətində deyil. Bu qərarlarla razılaşmayan insanlar da ola bilər. Tək tip insan yaratmaq bu dövrdə mümkün deyil axı. Hər hansı bir adam çox asanlıqla düşünə bilər ki, X partiyası iqtidarda olmalıdır və ya Y adamı prezidentliyə daha laiqdi.

Burda qorxulu nə var axı? Nədən qorxursuz? Prezidentin alternativi yoxdu deməl, MM`nin alternativi yoxdu demək təhqir etmək kimi bir şeydi milləti. Necə yəni 9 milyon insan içində prezident olası 2 ci bir adam çıxmır?

Budur bizim böyük, şücaətli millət?

Niyə axı heç kim anlamır ki, hakimiyyəti sevməmək Qarabağın da itirilməsi deyil. Ey Qarabağ “düşünənlər” bir dəfə də siz çıxın meydana, ya da oturduğunuz yerdə deyin ki, 18 ildir Qarabağ mövzusunda hansı irəliləyiş var?

Qarabağı düşünürsünüzsə niyə bu sualı verəcək cəsarət tapa bilmirsiniz özünüzdə?

Maraqlı bir hadisə isə o idi ki, Ermənistan da Azərbaycanı günahlandırıb ordakı mitinglərə görə🙂

Yaşlı, artıq düşüncələri dəyişməyəcək və ya çətin dəyişəcək insanlar nə isə. Amma gənclərin bu cür düşünməyi adamı doğrudan da kədərləndirir.

Sonra öz özünə deyirsən ki, düşüncə azadlığına hörmətlə yanaşmaq məcburiyyətindəsən…

11 və 12 martdakı aksiyalar sırf hakimiyyətə qarşı aksiyalar idi və əminəm ki, nə Ermənistan nə Erməni lobbisi buna pul ayırmayıb.

Yox əgər ayrılıbsa onda bir özünüz düşünün. Bu ölkədə bu qədər adam Ermənistanın sözü ilə otrub durursa onda daha niyə bu qədər bəh bəhlə danışırıq ki?

Dəfələrlə yazmışam yenə də yazıram ki, artıq “öteki”, fərqli düşünən insanları Erməni adlandırmaq dəbdən düşüb və inanırlığı qalmayıb bunun.

Əvvəllər informasiya geniş kütləyə sadəcə tvlərlə verilirdisə artıq alternativ xəbər  mənbələri də var və ittiham olunan insanlar da artıq özlərini müdafiə edə bilirlər və hamı olmasa da çox insan hər iki tərəfi də dinləyə bilir.

Buna görə də bəylər və xanımlar özünüzü çox yormayın.

Artıq keçmiş metodların keçərliliyi qalmayıb və sadəcə öz başınızı aldadırsınız.

Ona görə də təzə şeylər fikirləşməyə çalışın🙂

11 mart aksiyasına gəldikdə isə onu deyə bilərəm ki, bu bir ilk idi və internetdən geniş yararlanılaraq keçirilən ilk aksiya idi. Ona görə də məncə uğurlu idi.

Qatılımız az olması və s. zamanla düzələcək şeylərdi..

Onda gəlin hər şeyi zamanın öhdəsinə bıraxaq…

Etiketlər: , , , , , , ,

4 Cavab to “11, 12 Mart…”

  1. Aysel Says:

    Heqiqeten de chox maragli yazidi. Ustelik nehe gundu onnansa gedin qarabagi alin deyenlere chox tutarli bir cavabdir. Teshekkurler

  2. eykey Says:

    “Necə yəni 9 milyon insan içində prezident olması 2 ci bir adam çıxmır?”- super! Mən də bunu insanlara çatdıra bilmirəm. Stereotipleri qırmaq lazım öncə. Məntiqsiz fikirli insanlar məni doydurdu Azərbaycanda yaşamaqdan.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: