Xanımlar və Cənablar, hələ də bəs deyil?…

Dünən də yazmışdım ki, hər gün xəbər portallarında, sosial şəbəkələrdə nəsə ağlamalı (gülməli) bir şey olmasa olmur.

Gərək hər gün nəsə ola ki, o gün də bitə bilsin rahatlıqla. Yoxsa gün bitməz, yeni gün də başlaya bilməz.

Bu günə də damğasını vuranlar yenə “11 mart” antitəbliğatçıları oldu. 2 yeni və bir birindən maraqlı “funpage” açılıb facebook`da. Birinin qurucusu isə hamımızın tanıdığı, potensial gələcək deputatlardan biri olan Samir İbrahimovdu. Özünə Turan deyir amma mənim əlim gəlmir Turan deyə yazmağa adına. Özünü də Günəbaxandan, keçmiş seçkidən, qaynar.info və s. xəbər portallarında yazdığı köşə yazılarından yaxşı tanıyırıq. Regionda və eləcədə bütün dünyada baş verən hadisələrin gerçək üzünü, analitik şərhini, gələcəkdə nə etməliyik sualının cavabını və bizlərin görə, düşünə, yaza bilməyəcəyimiz onlarla yox yüzlərlə olayı sadəcə və sadəcə onun köşə yazıları vasitəsi ilə xəbərdar olurduq.

Ciddi sözümdür demək olar ki, Samir İbrahimovun bütün köşə yazılarını oxumuşam.

Bekarçılıq həqiqətən də pis şeydi🙂

Nə isə keçək əsas məsələlərə. Deməli bu səhifələr əks təbliğat üçün yaradılıb və məqsədi insanları 11 martda nə isə etməkdən yayındırmaqdı. Ancaq bu insanlar əkstəbliğatın da təbliğat olduğunu ya anlamırlar ya da əsas məqsəd nə isə etdiklərini göstərməkdi.

Qabaqda bir parlament seçkiləri də var axı. O seçkilərdə də namizəd olma hətta seçilmə (təyin olunma) imkanı olmalıdır ya yox?

Bəhanələr isə eşitməkdən yorulduğumuz şeylərdi.

Qarabağ problemi var, dövlətə qarşı çıxmaq olmaz və s.

Ey səmimi şəkildə bu problemləri düşünənlər, əgər bu qədər Qarabağı düşünürsünüzsə nəyə görə qalxıb demirsiniz və ya yazmırsınız ki, Qarabağı nə zaman geri qaytaracağıq, indiyə kimi niyə heç nə yoxdur ortada vəs.? Yoxsa Qarabağın bəhanə olduğunu özünüz də yaxşı bilirsiniz?

Dövlətə qarşı olmağa gəldikdə isə. Bu da köhnəlmiş mövzudu. Axı dövlət və iqtidarın fərqini bilməyən insan köşə yazarı olsa, millət vəkili olsa və s. olsa bu cür olması da təbiidir axı.

Yenə deyirəm “11 mart” ı dəstəkləmək və ya qarşı olmaq hər kəsin öz işidir və heç kim bunu dəstəkləmək və ya buna qarşı olmaq məcburiyyətində deyil necəki indii iqtidarı hamı bəyənməlidir deyə bir şərt yoxdu. (Mənim öz düşüncələrimin də önəmi yoxdu burda məncə. Dəstəkləyib dəstəkləməməm heç nə ifadə etmir və onsuzda Azərbaycanda yaşamıram.)

Sadəcə olaraq fərqli düşüncələrə, etiraz ruhuna hörmətlə yanaşmağı öyrənmək lazmdır, xanımlar və bəylər.

Gələcəkdə nəsə ola bilmək adına boş boş özünüzü güldürməyin heç gərəyi yoxdur….

p.s. funpage`lərin linklərini özüm yazmadım, gərək yoxdu məncə🙂

Bir də, Samir İbrahimovu görən olsa, tanışlığı olan bir adam bu yazını oxusa, zəhmət olmasa soruşsun ki, funpage`dəki hər paylaşımının altına öz şəklini niyə qoyur?

p.p.s. Normalda dünən yayımlayası idim yazını, texniki səbəblərə görə bu gün alındı. Ona görə hadisələr dünən haqdadır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: