Sakit Bir Gün..

Bəzən, daha doğrusu çox vaxt özümü boş yerə yorduğumu, zamanımı boşa sərf etdiyimi düşünürəm
Hər gün Azərbaycan xəbər portallarına baxdıqda, sosial şəbəkələrə göz gəzdirdikdə bir əmma tapmasan o günün keçməz sanki.
Bu əmmaların çoxu da məhz Ermənilər haqdadı.
Bir xəbərdə yazılıb ki, Türkiyə vətəndaşı olan bir Erməni Türkiyədə dövlət işində işləməyə başlayıb. Qayıdıb daha adamdan soruşmurlar ki, hə nə olsun? Türkiyə vətəndaşının Türkiyədə işləməyi qədər normal nə ola bilər axı? Çox oxucu cəlb edib çox pul qazanmaq üçün bunları yazmağa dəyər mi? Ümumiyyətlə qaynar.info ya nəzər yetirdikdə redaktoru dəyişdikdən sonra “magazin” portal görmək mümkündü.
Eyni xəbər portalında ““Facebook”da ermənilərlə dostluq edən məşhur azərbaycanlılar” adlı gülməli xəbəri də oxuya bilərik. Və daha nələr nələr.
Millət Vəkili təyin edilmiş Ceyhun Osmanlı isə deyir ki, “Biz unutmamalıyıq ki, bu gün “Facebook” və “Twitter”də Azərbaycan adları ilə qeydiyyatdan keçən və azərbaycanca yazan digər millətlər, o cümlədən ermənilər də var… Kimin niyyəti nədir bəlli olmaz… ”
Hər gün ən az bu qədər gülməli və ya ağlamalı (özünüz qərar verin) xəbər, şərh, müsahibə və sairəyə rastlamaq olar.

Bütün bunları görəndə isə istər istəməz yuxarıdakı fikirlər yaranır insanda. Görəsən doğrudan da gələcəyə artıq ümid etmək belə olmaz, təhsil sistemini bərbad etmə planı artıq öz bəhrələrini verir və geriyə dönüşü yoxdu bunların və s.???

Amma nə olur olsun, insan ümid üzərinə qurulub və insanı var edən son amil ümiddi fikrimcə..
Buna görə də biz də ümid edək ki, çox şey düzələcək, artıq insanlar məntiqi səbəblər, nəticələr axtarmağa başlayacaqlar, hər şeydə “erməni barmağı” axtarmaqdan əl çəkəcəklər və s…
Nə isə…

Etiketlər:

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: