Vətənşüvənliyin Son Həddi…

Böyük ehtimalla bu blog yazısını oxuyanların çoxunun “11 mart” dan xəbəri var. Nə qədər lazımlı bir gedişdi, faydası nə qədər olacaq, zərərləri nələrdi, çox tez verilmiş qərardı, çox gecikmiş addımdı kimi yüzlərlə sual və yoruma açıq olan bir hadisədi məncə..

Bu işi və fikirləri bir tərəfə qoyaq. Subyektiv fikirlərdi və hər şəkildə müzakirəyə açıq olmalıdır hər şey. Yoxsa yalandan yerə söz və ifadə azadlığından danışmağa ehtiyac yoxduac yoxdur.

Əsas ağlamalı vəziyyət isə ölkənin ən “bərkgedən” gənclər təşkilatının bu hadisəyə olan reaksiyasıdır.

Ağlamalıdı amma baxıb gülmək də olar. Rauf Ray öz blogunda “11 martın iç üzü” adlı yazısında yazır ki, “Təəssüflə bildirirəm ki, event-ə attend edənlərin arasında yüzlərlə türk, rus, ərəb və digər millətlərlə yanaşı bədnam qonşularımız ermənilər də var. Qısa axtarış nəticəsində attend edən  ilk 50 nəfərdən 6-sı erməni çıxdı. Əlavə şərh verməyərək nəticəni hər kəsin öz vicdanına buraxıram”

Bu blog yazısının azxeber.com dakı http://azxeber.com/index.php?option=com_content&view=article&id=3126:11-mart-aksiyasna-ermnilr-d-qatlacaq&catid=107:hyat&Itemid=534 xəbəri ilə bənzərliyi bir tərəfə qoyaq. Plagiatdırmı, eyni adamın xəbərləridirmi bilmirəm, əslində çox da maraqlı deyil.

Məni əsas düşündürən məsələ yenə də “erməni barmağıdır”. Görəsən “11 mart”ı tənqid edəcək, gözdən düşürəcək başqa bir şey tapılmadı mı? Gerçəkdən də ölkədə bu cür düşünən nə qədər insan var görəsən? Eyni təşkilatdan millətvəkil olan Osmanlı da “11 mart” iştirakçılarına begemot deyib. Ana dilində danışmağı təbliğ etməyə çalışan birmilət vəkili ana dilimizi bu qədər mi yaxşı bilir?

Siyasi düşüncəsinə görə bir “millətvəkili” sərbəst bir şəkildə insanları təhqir edə bilərmi? Bu haqqı kim verib o insana? Harda qaldı fərqli düşüncələrə hörmət?

Nə isə…

Məqsədim “11 mart”ı təbliğ etmək və ya ona qarşı bir yazı yazmaq deyil. İstəyən bu hadisəyə qatıla bilər, istəyən kənardan izləyə bilər, istəyən də qarşı ola bilər.. Bu haqqı heç kim, heç kimdən ala bilməz.

Sadəcə olaraq bir şeyə qarşı olmaq üçün o şeyi “erməniləşdirməyə” nə gərək var axı? Gülməli olur doğurdan da.

Siyasi düşüncəsinə görə insanları təhqir etməyin isə, hələ bunu edən millət vəkilidirsə, heç bir adı yoxdur…

8 Cavab to “Vətənşüvənliyin Son Həddi…”

  1. Xan Says:

    Gozel Yorum…

  2. javideas Says:

    raziyam

  3. Mecid Says:

    Bu bütün avtoritar rejimlərin fəndidi. Hamısı xoşuna gəlməyən, diktatorun dediklərini eləmyən, ona qarşı çıxan insanları düşmənə işləməklə suçlayıblar, yaxşı ki vəziyyəət o yerə çatmayıb ki buna görə öldürsünlər. İmkanları olsa onu da eləyərlər🙂

  4. Etibarli Says:

    razılaşıram…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: