Təkrarçılıq.

Xeyli vaxtdır beynumdə bir fikri var idi. Bir neçə dəfə, bir neçə yerdə də səsləndirmişdim bunu amma nədənsə hələ bu haqda heçnə yazmamışdım.

Lamiyə Mərdan`ın təxminən eyni mövzu haqda yazısını  (http://mardanlamiya.wordpress.com/2011/02/27/bizə-saz-da-lazimdicaz-da/) oxuduqdan sonra yadıma düşdü ki, bu haqda mən də nəsə yazmalı idim axı elə bil.

Düzdü indi yazsan təkrarçılıq olaraq da görünə bilər amma bu yerdə də  demək olar ki, hər şey haqda nəsə deyən atalarımız köməyə gəlir.

Təkrar biliyin anasıdır🙂

Ona görə də yazmaq qərarına gəldim.

Nə isə, bu qədər giriş bəsdir, keçək mövzuya..

Azərbaycan musiqisi dediyimizdə çoxlarının ağlına  ilk olaraq Muğam və Saz gəlir təbii ki. Hər iki janr daha çox milli janrlar olaraq bilinir.

İkisi arasında müqayisə aparmalı olsaq isə saz bir addım önə çıxmalıdır.

Amma hal hazırda Azərbaycana baxdığımızda ilk olaraq Muğamı görürük.

Hansı Muğam ki, kim nə deyir desin, insanda mövcut durumla barışmaq, məğlubiyyət, sakitlik ruhu aşılayır.

Və hal hazırda Muğamın yayılmasına təbliğinə milyonlarla pul xərclənir, Muğam Mərkəzi açılır, konserlər, tv yarışları və s.

Saz isə özündə etiraz ruhu daşıyır. Üsyan var sazda, döyüşmək, mübarizə aparmaq ruhu.

Rock a çox bənzəyir saz.

Amma Azərbaycanda hal hazırda saz bilincli və ya bilincsiz şəkildə geridəqalmış insanların, “kəndçilərin”  və s.  insanların musiqisi olaraq təbliğ olunur. Ya da yaltaqlığa və məddahlığa alət edilir.

Bu da təbii olaraq insanlları sazsdan uzaqlaşdırır.

Hərçənd daha dərinə ensək və diqqətlə araşdırsaq saz muğamdan daha milli sənətdi və dışarıdan gəlməyib..

Nə isə..

Hər halda insanların muğam dinləməsi, sakitcə yerlərində oturması daha sərfəlidi, ona görə də muğam bu gün ön plandadır..

Bizə isə ciddi şəkildə rock və saz dinləmək lazımdı…

youtube`da da   təəssüflər olsun ki, istədiyin saz musiqilərini tapa bilmirsən…

4 Cavab to “Təkrarçılıq.”

  1. mardanlamiya Says:

    analoqu olmayan təkrar)) Təkrar biliyin anasıdır…yetim deyilmiş))

  2. Saz yoxsa Muğam?… « Qaralama Dəftəri Says:

    […] https://cavidqocali.wordpress.com/2011/02/27/t%C9%99krarciliq/ […]

  3. Samir Əsədli Says:

    sağol, cox əla yazıbsan, muğamla bezdirdilər bizi. Televeziyalarda nə qədər Muğan oxuyarlar…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: