Azarbaycanın doğrudan da analoqu yox imiş…

Siz heç Tunisdəki etirazlar haqda olan hər hansı bir şəkildə və ya videoda əlində Ben Ali`nin şəklini tutan etirazçı görmüşdünüz və ya xəbərlərdən belə bir şey oxumuşdunuz?

Maraqlıdır bəs bu cür hal Misirdə, Təhrir meydanında ola bilərdi?

Təsəvvür edin ki, etirazçılar Qaddafinin muzdlu əskərlərinin üzərinə əllərində elə Qaddafinin şəkilləri ilə gedirlər.

Yaşasın Qaddafi deyə şüarlar səsləndirirlər.

İrandakı yaşıllar Musəvinin yerinə Ahmedinejadın şəkillərini daşıyırlar.

 

Təbii ki, bütün bunlar qeyri mümkündü. Ən azından çox gülməli səslənir.

 

Elə isə Sabirabadda çoxlarının xəbəri olan aksiyada çəkilmiş fotoya baxın..

Yuxarıdakı xəbər linkindəki videoya da baxa bilərsiniz.

 

Bu mənim bildiyim ilk hadisə deyil. Ona görə də artıq əminlikdə deyə bilərəm ki Azərbaycanın analoqu yoxdu və nəinki dünyanın ən böyük regionu olan (cəmi üç dövlət və təxminən 15 milyon insan😀 ) Cənubi Qafqazda hətta bütün dünyada öz əsrarəngliyi və unikallığı ilə tanınır.

Ona görə yaxında, uzaqda bir sözlə hər hansı bir yerdə əsən dəyişilik küləkləri Azərbaycanda bir poxa yaramır..

Nə isə

Ümid edək ki mən yanılıram və bu yazı yalan üzərinə qurulub…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: