Yupyumru Bir Eşq İlə

Böyük ehtimal dünya tarixinin ən mənasız yazılarından biri olacaq yəqin ki, amma yazaq da.

Bəlkə mənasızlıqda da məna var bir az.

2 gün əvvəl çox xoş bir xəbər eşitdim. Bu günlərdə ən çox oxumaq istədiyim kitablardan biri olan Vagif Bayatlı Odər`in Yupyumru Bir Eşq ilə kitaını axır ki, bir dostum tapa bilib. Həm də deyəsən çox əziyyətli olub kitabı tapmaq, çünki satışda yox imiş. Ona görə burda da bir daha təşəkkür etməyə dəyər🙂

Nə isə bu xəbərin sevinci də həmşəki kimi uzun çəkmədi ))

Sən demə elə eyni tarixdə (15 fevral) bizim məhşur vətənpərvər (baxın: bütün gün Erməniləri söymək) səhifələrimizdən biri milli.az saytında yayılan bir xəbəri paylaşıb. (http://milli.az/news/armenia/37004.html)

Maraqlısı odur ki, elə Bayatlı Odər`in kitabını tapan dostum yolladı ki, vaxtın olsa bax bu linkə: http://www.facebook.com/Azerbaycan.Baku/posts/193676920657517

Blog açdıqdan bəri bu haqda yazmaqdan yorulmuşam doğurdan da  ona görə nəsə əlavə şey yazmaq istəmirəm.

Vaqif Bayatlı deyir ki, insanların mənfi özəlliklərini kənara qoyum olumlu yanlarını qabartmaq lazımdı. Bu şəkildə toplum düzələcək yavaş yavaş.

Şairdən ilhamlanıb bu cür etməyə çalışırsan amma problem ordadı ki, qabardılacaq bir tərəf tapmaq olmur da bu insanlarda.

 

Nə isə. Ümid edək ki, kitab tez vaxtda gəlib çıxar bura və mən oxuya bilərəm sonunda ))

 

P.S. Mənə deyən lazımdı axı bunların yazılarına diqqət edib niyə hirslənirəm axı mən?

Maraqlı sualdı amma nəblim, yəqin cavabsız suallardan biridi bu da🙂

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: