Hərşeydən Biraz… (Yada, siz dombalaq aşa bilirsiz?)

2 aydan çoxdur bir yazı qalıb Drafts`da..

Düzü yazıb qurtarmaq istəmirəm, ya yaza bilmirəm sualının cavabını özüm də bilmirəm.

Prinsip etibarı ilə elə qəliz bir şey də yazmıram.. Buna görə də məntiqən yazmaq istəmirəm cavabı daha doğru gəlir qulağıma.

Yazı “Bizim Millətçilər Nə Edir” adlanırdı və adı mövzusunu da izah edir məncə..

(Heç kim yazını oxumadan, ki heç kim oxumayıb, nəsə fikir bildirməsin bu haqda…)

Nə isə…

Bunun əslində yazmaq istədiklərimlə birbaşa əlaqəsi yox idi..

Amma dolaylı da olsa əlaqə var..

 

İnsanların çoxu işlərini, güclərini bir kənara qoyub fəlsəfə ilə məşğul olmağa başlayıblar.

Hamı hər mövzuda hər şeyi bilir..

Bir şey dedikdə də sən bilmirsən əslində bu belə deyil elədi deməyə başlayırlar..

Özlərinə əsas məqsəd də qarşıdakını savadsız, heç nə bilməyən kimi göstərməyi seçiblər…

Daha fikirləşmirlər ki, mənim və ya kiminsə savadsız olması özlərini ağıllı etmir..

 

Heç kim öz işi ilə məşğul olmur, bilmirlər ki bu dövrdə google deyə bi şey var və özünü ağıllı göstərmək üçün dəridən qabıqdan çıxmağa dəyməz…

Buna da bir nə isə…

 

Son dönəmlər doğurdan da bezmişəm hər şeydən və artıq ağlımdan qısa müddətli deyil, birdəfəlik durub rəddolmaq keçir buralardan..

Bir də söyüş söyməyi sevməyən bir insan olmama rəğmən söyüş söymə istəyi də var…

Üstəgəl heç kimi söymək istəmirəm… Son vaxtlar toplanan normadan artıq hirs isə bir şəkildə çölə çıxmalıdır..

 

Nə isə…

İndi çox adam qalxıb deyəcək ki, bəs nə oldu Söyüş Haqda yazanda deyirdin ki, söyüş sərbəst olsun, söz azadlığı nə bilim nə?

Cavabını da uzatmadan deyim ki, gedin bir də oxuyun yazını )))

Link də burdadır (https://cavidqocali.wordpress.com/2011/02/01/soyus-haqda/)

Mən açıq şəkildə dəfələrlə demişəm ki, hamı söyüş söysün yox, söyüş söyərkən cins ayrımı etməyin demişəm…

 

Qadınlar da kişilər qədər sərbəst içki içə, siqarət çəkə, cinsi əlaqədə ola bilməlidi və s. də deyirəmsə, bunu durub hamı hər yerdə içki içsin, siqarət çəksin və ya harda gəldi, kim kimlə istəyir yatsın demək deyil ki…

Sadəcə kişilər hansı rahatlıqla bunu edirsən, təbii ki sadəcə bunları edən kişilərdən gedir söhbət, qadınlar da eyni rahatlıq ilə etməlidirlər vəssalam…

Daha uzun uzadı, boş boş danışmağa ehtiyac yoxdur da…

 

Ən ağlamalı vəziyyət bundadır ki, bu fikrə ən sərt etiraz da elə qadınlardan gəlir…

İndi durub deyəcəm ki, bizim problemlərimizdən biri də elə məhz qadınlarımızın (yenə deyirəm, hər şeydə olduğu kimi, təbii ki, hamısından getmir səhbət) əslində öz üzərlərində bir otoritenin olmasını sevmələridir, bu dəfə də qadınlarımızı və işi gücü mız qoymaq olan kişilər başlayacaqlar ki, Həcər belə getdi, Koroğlu elə getdi, Nigar belə gəldi…

Başlamadan öncə bunu da oxuyun ki, özümölüm deyirəm, neçə qadından birbaşa bu sözləri eşitmişəm..

Yəni ki, yormuyun özünüzü bu belədi…

 

Qadınlarla kişilərin əlaqələrindən, münasibətlərindən deyəsən bir iki dəfə yazmışam, yenə bir iki fikir deyim..

Bir neçə qadın tanışın dediyi fikirlə razılaşmaq istəməsəm də, zamanla gerçək olduğunu qəbul eləməli oldum…

Qadınlar (yuxarıdakı hamıya aid deyil fikri bura da aiddir) tam bərabər bir ilişki istəmirlər, kişilərimiz isə onsuz da əksər hallarda bu haqda heç düşünmürlər…

Ona görə də, tam bərabər və hər iki tərəfin eyni dərəcədə azad olduğu bir ilişki olmalıdır fikrini dediyin zaman, ilk olaraq qadınlar elə düşünəcək ki, artistlik edirsən, bunu qəbul etməyəcəklər, sora fikirləşəcəklər ki, sevmirsən nə bilim nə. Daha sonra elə düşünəcəklər ki, nəsə zibilin var deyə çox üstünə düşmür və s. və ilaxır..

Deyim ki, yuxardakı abzasdakı fikirlər də əslində bir neçə dostumun, aralarında qadın da var, kişi də,fikrini bir yerə toplamaqdan başqa bir şey deyil, amma yenə etirazı olan varsa, nəyisə bəyənmirsə mənə yazsın…

 

Nə isə…

Çox uzatdım bu dəfə deyəsən…

Son olaraq bir daha deyirəm..

Ey Xanımlar və Bəylər, bəsdirin da. İşiniz yoxdu sizin?

Əgər yoxdusa sizə maraqlı bir iş tapmışam, gedin dombalaq aşın, ya da çıxın gedin Afrikaya.

Ən yaxşısı isə pul yığın verin mənə bir dənə yaxşı fotoaparat alım çıxım gedim Afrikaya )))

Siz də rahat olun, mən də…  😀

 

P.S. Dombalaq aşmaq versiyası, bütün hallar üçün alternativ fikirdi 😀 Bir də mahnını özüm başda qoydum ki, hamnıya qulaq asa asa oxuyasız )))

Bir Cavab to “Hərşeydən Biraz… (Yada, siz dombalaq aşa bilirsiz?)”

  1. mardanlamiya Says:

    Axırda hər kəs idmançı olacaq)))

Bir şərh yazın