Vətənşüvənlər “Ermənipərəst”lərə qarşı…

Ümid edirəm ki, yuxarda qeyd etdiyim o vətənşüvənlərdən də bu yazını oxuyan olar daha doğrusu onlara ünvanlanmış bir yazıdı bu.

Yəni çox xaiş edirəm ki, hamı üstünə alınmasın.

Prinsip etibarı ilə alınsalar da problem yoxdu🙂

Nə isə.

Yuxarıdakı ümidə görə əsas məsələyə gəlməzdən qabaq həmin insanlara şad bir xəbəri çatdırmağı özümə borc bilirəm.

Deməli belə, artıq Paris Hilton da bizi dəstəkləyir və bundan sonra bizə zaval yoxdu. (http://baku.ws/index.php?newsid=10813)

Qaynar.info, milli.az kimi saytlarda da yayılan xəbərə görə Paris deyib ki, Kim (Kardaşyan) türklərin əleyhdarıdır, amma mən hər zaman dostunuz olacam.

Düzdü burda özünü Türk olaraq görən və görməyən vətənşüvənlər arasında fikir ayrılığı yarana bilər. Amma bu mənim problemim deyil, özləri həll etsinlər problemləri və ortaq fikirə gəlsinlər🙂

Bu gecənin əsas xəbəri isə daha bir nəfərin “azərbaycanlı qanı” daşımaması və “ermənipərəst” olması ittihamı idi.

İttihama məruz qalan isə NeoDədəQorqud adlı blog yazarın “Yüngülvari Düşüncələr – 2: “Xəzər – Lənlkəran” və “Talış Milliyətçiliyi” ” (http://neodedeqorqud.blogspot.com/2010/12/xzr-lnkran-v-tals-milliyytciliyi.html) adlı yazısı idi.

Konkret olaraq azərbaycanlı qanı nə deməkdi, o necə olur? azərbaycanlı olan o qədər etnik qrup var ki və s. mübahisəsinə girməyə heç dəyməz. Burda konkret ana etnik qrup olan Türklərdən gedir məntiqən söhbət.

Və bu dəfə maraqlısı ondadır ki, ittiham Talış millətçilərindən gəlir. (http://www.facebook.com/permalink.php?story_fbid=175547109157052&id=121245017924934)

Yuxarıdakı blog yazısının ermənipərəstliklə nə əlaqəsi olduğu və  “Xalid, sen bir defe ermenilerin Xocali haqqindaki saytlarini mehv elemishdine, bu saytda ermeniperestlerin saytidi, belke meharetini gosteresen. :)” kimi yorumun səbəbi həqiqətən də insana maraqlıdı.

Bu yazıya görə irqçi, faşist nə bilim pantürk, bölücü və s. kimi ittihamlar doğurdan da müəyyən qədər başadüşülən və bir az da məntiqi ola bilərdi.

Amma daha ermənipərəstlik hardan çıxdı?

Bu sualı düşünərkən isə ağlıma bir fikir gəldi.

Bizdə çoxluqda artıq azərbaycanlı psixologiyası yaranıb və hansı etnik qrupa mənsub olduğundan asılı olmayaraq hər kəs qarşısındakı insan “aykırı” bir fikir dilə gətirdiyi (yazdığı) zaman ona ermənipərəst damğası vururuq.

Ən asan yol da budur məncə. Nə gərək var ki, uzun uzadı yazılan fikirlərə qarşı arqumentlər gətirməyə, fikir bildirməyə və s.

Deyirsən ki, sən ermənipərəstsən, qanında Erməni qanı var, azərbaycanlı qanı daşımırsan ya da nə bilim Ermənilərdən pul alırsan vəssalam.

Ey çox hörmətli bəylər və xanımlar, bəsdirin da.

Axı niyə asana qaçırsız?

Yuxarıdakı bütün ittihamlara məruz qalmış biri kimi deyirəm bunu, VAllah qarşıdakı (ittiham olunan) insana sadəcə gülməli gəlir bunlar..

Cılızlıqdan başqa bir şey deyil bu.

Hər şey bir tərəfə konkret o yazının ermənipərəstliklə yaxından uzaqdan hər hansı bir əlaqəsi varmı?

Bu əlaqəni necə qurmusuz? Bu qədər də olmaz axı…

Nə isə…

Böyük ehtimalla bu yazıya görə və ya NeoDədəQorqudu müdafiə etdiyimə görə  eyni ittihamlara mən də məruz qalacam.

Amma deyim ki, heç kim boş yerə özünü yormasın, bütün bunlar sadəcə gülüş gətirir mənə.🙂

Xanımlar və Bəylər, nə olar bəsdirin da…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: