Getmək Haqda

Gedirsən

Və heç vaxt geri dönməyəcəksən deyə özünə söz verib gedirsən..

Ölkə nə vaxtsa dəyişsə belə, düzəlsə belə geri dönməməyə söz verəcək qədər duyqusal  qərarlar belə verirsən..

Sonra düşünürsən…

Düşünürsən ki, onsuz sistem belə qurulub və getmək əslində sistemin işinə yarıyır…

Geri dönmək  haqda da düşünməyə başlıyırsan və baxırsan ki, yox alınmır…

Problem də verdiyin söz deyil..

Düşüncələr dəyişə bilər və nə vaxtsa etmərəm dediyin şeyləri edə bilərsən. Burda problem yoxdu məncə..

Çox çətindi bunu etmək, düzdü, amma mümkündü..

Əsil problem isə daha qəlizdi…

Əslində bunu da özümüz qəlizləşdirmişik hər şey kimi…

Getməmək də olar, daha doğrusu geri qayıtmaq…

Bu yerdə fərqli düşüncələr gəlir beyinə və nə edəcəyini bilmirsən..

Sadəcə ümid edirsən ki, nə vaxtsa fikrini dəyişdirəcək kiçik bir qığılcım olsun..

Sonra deyirsən ki, bu qığılcım niyə özün olmursan və başqalarından gözləyirsən?

Və bu anda heç vaxt olmadığın qədər dürüst olursan özünə qarşı…

Deyirsən ki, yox mən bunu edəcək qədər cəsarətli deyiləm və başlayırsan gözləməyə..

Nə vaxta qədər gözləyəcəyini isə bilmirsən…

Ona görə də zaman çox yavaş ilərləyir….

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: