M. Ə. Rəsulzadə Haqda..

Doğum günü keçirməmə kimi bəlkə mənasız, bəlkə də dəlicəsinə bir özəlliyim var. Hətta bu ilki doğum günümü tək bir təbrik almadan yola verə bildim.. Nə isə problem orda deyil.

Öz doğum günümdən sadəcə 3 gün sonra Rəsulzadənin doğum günüdür və bu səbəblə onun məzarı başına toplanmışdıq bu gün. Təbii ki Ankarada yaşadığımız üçün xeyli şanslı sayılmalıyıq amma fikrimcə anım üçün məzarı ziyarət etmək şərt deyil.

İndi gələk Rəsulzadənin doğum günü ilə öz doğum günüm arasında olan əlaqəyə.

İlk olaraq özümü Rəsulzadə ilə müqayisə edirəm kəmə düşüncələrin yersiz olduğunu deyim və yazını  axıracan oxumağı təklif edim…

Məsələ burasındadır ki, toplumda gəzən əzbərlərdən biri də budur ki, kimi isə anmaq üçün doğum gününə, vəfat edibsə ölüm gününə ehtiyac yoxdu, o insan hər zaman anılmalıdı və s. … Bu fikri burada müdafiə etmək fikrində deyiləm məncə doğru söz olsa da toplum bunu tətbiq etmir.

Nə qədər də ay biz fərqliyiq, toplumu dəyişməliyik desək də, bir çox şeydə toplumu da göz önündə bulundurmalıyıq.

Deyək ki, 5 – 10 nəfər desək ki, oktyabr ayındə Rəsulzadənin məzarını ziyarət edək, təbii ki adam yenə gələcək amma bu gün, 28 mayda olan qədər olmayacaq.

Ona görə fikrimcə bu cür ildönümlərin keçiriliməsi önəmlidi.

Burada Rəsulzadə haqda texniki məlumatlar vermək, duyğu dolu nələrsə yazmaq fikrində də deyiləm.  Sadəcə 1991 ci ildəki müstəqillik aktını oxumaq yetərlidi məncə…

Məzarlıq ziyarəti, insanların bütləşdirilməsi haqda fikirlər üçün isə bu yazını oxumağa dəyər məncə..

http://neodedeqorqud.blogspot.com/2011/01/mmmd-min-rsulzad-v-gnclik.html

Rəsuzadənin əsərlərini oxumaq, fikirləini araşdırmaq haqda isə onu deyə bilərəm ki, məzarlığa gəlmək yerinə kitab oxusaydın fikrinə cavab, məncə kitab oxuyan məzarlıqdan öncə və ya sonra da oxuyardı…

Reklam üçün deyim ki, Rəslzadənin öz kitablarından da, haqqında yazılanlardan da xeyli hissəsini oxumuşam😀

Hə o ki qaldı mənim doğum günümə və ya dost tanışı təbrik etməməmə, bəlkə bu fikir də yanlışdı və ya nə bilim üzərində çox düşünülməyə dəyər mövzudu.

Bəlkə də dost tanış onlar üçün dəyərli olan gündə mənə önəm verdikləri üçün məndən təbrik gözləyirlər və mən bencil şəkildə davranıram.

Bəlkə də mənim doğum günümdə mənə verdikləri dəyəri ifadə etmək istəyirlər və mən bunu əngəlləyirəm müxtəlif yollarla.

Nə isə..

Düşünüləcək, qərar veiləcək hələ çox şey var onsuz..

Allah yardımcım olsun….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: