Tək Tip İnsan

Dünən maraqlı  bir xəbər var idi.

Nazirlər Kabinetinin “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” (http://az.itv.az/gundem/18458.html) xəbəri.

Adından tam aydın olmasa da, universitet tələbələrinin tək tip forma geyinməsi haqdadı qanun. Bu xəbərdə ən maraqlı hissə isə, Onun (Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli) sözlərinə görə, bütün sivil ölkələrin ali təhsil müəssisələrində vahid formadan istifadə olunur, hissəsisi idi.

Həqiqətən də sivil ölkə deyəndə nəyin nəzərdə tutulduğu mənim üçün çox maraqlıdı.

Əgər həqiqətən də sivil ölkələrdən söhbət gedirsə onda bir iki fotoya baxmaq kifayət edər məncə..

Türkiyədə bir universitet:

Və İngiltərədə tələbələr:

Nə isə..

Uzun uzadı insanlara eyni cür forma geyindirib, uzun vadədə eyni cür düşünmələrini təmin etmək, bu şəkildə də daha asan kontrol etmək cəhdindən danışmağa dəyməz belə..

Əgər bu cür deyilsə belə və bu təhsilin keyfiyətinə müsbət təsir edəcək bir şeydirsə, sırf universitetlər üçün ediləcək ən son şeylərdən biri idi bu.

Niyə tək tip insan üçün bu qədər tələsirlər sualının cavabı isə sadəcə maraqlıdı..

 

Lap Pink Floyd`un Another Brick In The Wall -2 mahnısıındakı sözlər yerinə düşür

We don’t need no education
We don’t need no thought control
No dark sarcasm in the classroom
Teachers leave them kids alone

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: