Divarlar..

Görünən və görünmyən divarlar var…

Berlindəki, Araz üzərindəki, Koreyadakı və s. görünən divarlardı..

Ona görə də çox daha asandı bunlara qarşı savaşmaq və bunları yıxmaq..

Berlində artıq divar yoxdu, Arazdakı dəmir tellər də nə vaxtsa söküləcək, sökəcəyik, Koreyada da, başqa yerlərdə də belə olar yəqin ki..

Amma əsas məsələ gözə görünməyən divarlardı…

Azərbaycandakı, kürəsəl biyutdakı, ruhlarımızın önünü kəsən divarlar…

Gözlə görülmədiyi üçün çox qorxulu görünürlər, asan asan yıxılmırlar və çox daha təhlükəlidirlər..

Modern imperializm olsun, qorxu üstünə qurulmuş rejimlər olsun…

Bunların əsas silahı bu görünməyən divarlardı…

Amma ümid edək ki, bu divarlar da nə vaxtsa yıxılacaq..

Əslində ümiddən daha çox konkret işlər görməliyik divarlara qarşı amma bir asanın dalınca qaçırıq və ümid edirik..

Ən azından bunu ümid edirik deyə özümüzü də təsəlli edirik və ya öz başımızı aldadırıq..

Pink Floyd haqda, hələ hələ bu albom və film haqda nəsə yazmağa məncə heç ehtiyac yoxdu, sadəcə dinləmək və izləmək lazımdı…

Texniki məlumatlar isə Google sağolsun, bir neçə saniyəyə əldə edilə bilər🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: