Dağınıq Düşüncələr IX

Nəsə axır vaxtlar bloglarda, abzas.net`də digər saytlarda yazılanları oxumaq maraqlı gəlir mənə. Bir də heç dəxli olmasa da Vaqif Bayatlı Odəri də oxuyuram neçə gündü. Şeirləri bir yana, müsahibələri, fikirləri çox fərqlidi.
Bloglarda falan yazılanları oxuyub o fərqli olma istəklərini, toplumun içində olduqları halda kənardan baxa bildiklərini iddia edənləri və s. görənnən sonra düşnürsən ki, həqiqətən də 5-10 fərqli insan varsa bu dünyada onlardan biri də Vaqif Odərdi..
Azad yaşaya bilən, heç nədən asılı olmayan və s. və ilaxır.

Vaqif Odər deyir ki: Gülməli görünməkdən qorxmuram, hətta bəzən çoxluğun seçimi, qəbul eləməyi məni kədərləndirir. Düşünürəm ki, əsl şeiri maksimum beş-on adam sevə bilər, çoxluğun sevgisi şairin uğuru yox, məğlubiyyətidir..

Nə isə..

Bunu oxuduqdan sonra insan yazmaqdan qorxur, sevilməkdən qorxur, hətta şairi belə sevmək istəmir ki, bu şairi adiləşdirər..

Yenə söhbəti sistemə, kapitalizmə, masonizmə və digər izmlərə gətirmək, insanın əslində heç cür azad ola bilməyəcəyini demək, əslində bunların da sistemin bir parçası olduğunu demək və s. olar amma gərək yoxdu məncə..

Düzdü sistemin parçası olub ona qarşı çıxmaq çətindi, düzdü sözün əsl mənasında özgür insanlar yox deyicək qədər azdı amma yenə də cəhd eləməyə dəyər..

Nə isə..
Hamıya Uğurlar🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: