Dağınıq Düşüncələr VIII

Çoxdan bəri Azərbaycanda müharibə propagandası adı altında kimin ağlına nə gəlirsə onu da edir..

Azərbaycanda milli kimlik inşası erməni düşmənçiliyi üzərindən qurulmağa çalışılır. Bu da uzun dönəmli fəlakətdi. Az çox milliyətçilik və ulus dövlət ilə əlaqəli bir şeylər oxumuş birisi çox rahat bilə bilər ki, milli kimlik inşasında biz və onlar faktoru var.. Milli kimliyi biz bilinci üzərinə quranda daha uğurlu nəticələr əldə edilir. Əgər “onlar” üzərində bir milli kimlik inşası olduğu zaman isə işlər heç də ürəkaçan olmur..  Hər hansı A millətinə düşmənçilik B millətinin əsas odak noktası olduğu hallarda heç vaxt sağlam bir nəticə əldə etmək olmaz..

Ans Aztv kimi tv lərə və ya yazılı xəbər mənbələrinə baxtığımızda çox gülməli xəbərlər görə bilirik..

Nə bilim Ermənistanda bu il gida zəhərlənməsi bu qədər olub, iqtidar içi çatışmalar var, orduda özbaşınalıq var, müxalifət mitinq keçirdi və s..

Bütün bunlar müharibə propaqandası və erməni düşmənçiliyi qurmaq cəhdləridi.. Təsəvvür edin hər hansı bir formada Qarabağ problemi həll olundu.. Bu vaxt necə olacaq bəs? Artıq onlar deyə bir şey yoxdu və onlar olmadığı üçün biz də yox olacayıq..

Əminəm ki, Ermənistanda da bu tip xəbərlər yayılır. Azərbaycan ordusu, siyasi rejim və s. haqda Ermənistan mediasında da istədiyin qədər məlumat tapa bilərsən..

Ən sonuncu xəbər isə doğurdan da cılızlıqdan başqa heç nə deyildi… Ermənistanda qızlar 14-16 yaş arasında bakirəliklərini itirirlər…  (http://qafqazinfo.az/_ERM%C6%8FNI_QIZLARI_OD_EL%C6%8FYIR-5789-xeber.html)

Budur mu savaş propaqandası, bu xəbərin hansı faydası olur bizə? Özü də sadəcə məlumat xarakterli bir xəbər deyil, xəbərdə bir sevinc var sanki…

Eh nə isə…

Sadəcə doğurdan da özümüzü biabır edirik… Cılızlaşırıq və alçalırıq…

Bu cür millətçilik nə bilim vətənpərvərliklə inanmıram ki millətə, dövlətə və ya hər nəyəsə fayda gələ…

P.S. Ans dəki evlilik verlişində Elgiz deyirdi ki, Azərbaycan müharibə vəziyyətində yaşayır, ona görə Azərbaycana əsgər lazımdı. Bu səbəbdən də geyinin, keçinin gəlin bizim programa…

Maraqlıdır, bu da savaş propaqandasıdımı görəsən?…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: