Üzeyir haqda :D

Neçə gündü hər yerdə qarşıma Üzeyir haqda mübahisələr çıxır..

Hacıbəyov yox ha Mehdizadə haqda🙂

Böyük ehtimal tarixin növbəti ironiyasıdı bu ad amma nə isə adların elə də önəmi yoxdu..

Hər yerdə mövzu bu ikən, dedim mən də bir iki şey yazım..

 

2 gün öncə Məcid Mərcanlı ilə bunu müzakirə edəndə dedi ki, əgər Justin Bieber youtubeda ən çox izlənən müğənnidisə (təxminən 430 milyon dəfə izlənib bir mahnısı) onda Üzeyiri 200 min nəfərin izləməsi təbiidi..

Düşündüm ki əslində məntiqlidi bu və buc mahnıların daha çox dinlənməsi təbii qarşılanmalıdı..

Özəlliklə bir şeyi də düşündüm ki, biz (və ya sadəcə məndə belədi) Azərbaycanda hər təbəqədən insan tanıyırıq və ona görə daha çox qüsur görə bilirik..

Amma oxuduğumuz və ya yaşadığımız şəhərlərdə daha çox universitet təhsili alan və ya almışlarla tanışıq və təbii ki, burda səviyyə fərqi normaldı..

Amma bu eybəcərlikləri görməzdən gəlməli olduğumuz mənasına da gəlməməlidi..

Azərbaycanda vəziyyət o dərəcəyə gəlib çatıb ki, universitetlərin əksəri də normala yaxın belə təhsil vermədiyi üçün, universitet təhsili almış ilə məktəb bitirmiş və ya heç təhsil almamış insanlar arasında fərq yoxdu demək olar ki…

Əminəm ki Azərbaycanda Üzeyir tələbələr tərəfindən də ən çox sevilənlər siyahısında üst sıralardadı və əsl fəlakət budu…

 

Əgər bir toplumda təhsil almış ilə almamış arasında faktiki bir fərq yoxdusa və təhsil almaq boş iş olaraq görünürsə, burada gələcəyə ümid etmək belə çətindi…

Nə isə..

Ümid edək yenə də biz…

Hər dəfə ümidimiz ölsə də davam edək ümid etməyə..

Və heç olmasa ümid edək ki, ən azından təhsil alan, almış və ya almaq istəyənlər Üzeyirə ciddi mənada qulaq asmır və sevdikləri sırasında deyil bu insan..

Yoxsa ümid etməyə belə heçnəyimiz qalmayacaq…

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: