Cəmi 3 Heca!

Dünənki maraqlı konserin yorğunluğu hələ tam bədəndən çıxmamış nəsə yazmaq çox çətindi..

Duyğuları necə ifadə edəcəyini bilmir insan..

Çoxlarının tanıdığı Azər Cırtdanla Jamal Ali konser üçün Ankaraya gəlmişdi və Back House adlı kiçik, eyni zamanda  gözəl bir məkanda toplaşan 30-40 nəfər var idi..

Hamının gözündə bir ümid görünürdü…

O ümid Azərbaycana dair olan ümidlər idi…

Hamı nə vaxtsa hər şeyin olmasa belə nələrinsə düzələcəyinə ümid edirdi..

İnsanlarda bu qədər şeyə baxmayaraq yenə də ümidin qalması çox maraqlıdı… Demək ki, heç nə ümidləri öldürə bilməz…

Heç bir şey, gənclərin coşqusunun qarşısında dura bilməz..

Konserdə də ən çox gözlənilən mahnılarla bərabər bu ümid, bu coşqu görünürdü…

Və konserin ən coşqulu anı təbii ki, Jamal Ali`nin Azadlıq mahnısı oldu…

Birgə səsləndirilən şüarlar, coşqu və yenə də təbii ki, ümid….

İnsanlar çox şey istəmirlər..

Sadəcə bir az Azadlıq…

Mahnıda da deyildiyi kimi, Cəmi Üç Heca…

Bizə bu lazımdı, geri qalan şeylər də bundan sonra düzələ bilər yalnız..

Azadlıq…

Azadlığa inananlara və Azad olmaq istəyənlərə salam olsun!…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: