Nə isə… (3)

Deyəsən Kapitalizm bizimlə məzələnir əməlli başlı.. Bir tərəfdən sistem deyir ki, biliyini, təhsilini sübut eləməlisən diplomla yoxsa əksər yerlərdə sənə yer yoxdu, o biri tərəfdən də tez tez diplomsuz milyarderləri, hansılar ki, sistemin istisnalarıdı, gözümüzə soxurlar.. İnsanları ümidləndirillər boşu boşuna..

Amma o istisnaların çox kiçik faiz olduğunu, eyni statusda olan çox çox insanın isə sistem tərəfindən dışlandığını göstərmirlər..

Nə isə…

İmtahanlar vaxtı adamın beyninə bu cür boş fikirlər tez tez gəlir.🙂

 

Sistem istəyir ki, hamı eyni cür yaşasın və hamını idarə etmək asan olsun..

Hələ Azərbaycanda lap dəhşətlidi vəziyyət.. Bircə dəfə şansın var universitetə qəbul olmağa, hara qəbul olmağın, necə qəbul olmağın önəmli deyil, əsas odu qəbul olasan. Yoxsa o saat tutub əsgərliyə aparacaqlar..

Universitetə qəbul olduqda isə əksər vaxr sənlə əlaqəsi olmayan, böyük ehtimal gələcəkdə də əlaqəsi olmayacaq ixtisasda oxuyursan. Oğlanlar üçün burda əsgərliyə gec və daha az müddətli getmək kimi səbəb varsa da qadınlarda flankəsin qızı, flankəsin oğlu qəbul oldu, mənim qızım qəbul olmadı məsələsi var.. Daha vahiməli bir durumdu..

Nə isə..

Pis, yaxşı bir təhər universitet bitdi, təbii qadınlar universitet bitimindən əvvəl ən yaxşı halda nişanlanmalıdılar ki, universitet bitdikdən sonra ən qısa zamanda toy edə bilsinlər.. Oğlanlar isə heç olmaya əsgərlikdən əvvəl nişanlanmalıdılar, olmadı əsgərlikdən qayıdan kimi bir iş tapıb, tez nişanlanıb dalınca da evlənmək lazımdı..

Nə isə…

Hamsı imtahanların günahıdı, adam bilmir nə fikirləşsin, nə yazsın😀

Bir dənə də şeir var bunnan üçüncü dəfədi qabağıma çıxır, elə bil hamı mənlə uğraşır planlı şəkildə, Atilla İlhan da ad tapıb da şeirində istifadə etməyə..

Nə isə..

Bəlkə bir gün şeiri də paylaşdım…

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: