Dialoq – 2

Lamiyə Mərdan adlı bir dostum deyir ki, onsuz da yazarların çoxu məncə qorxaqlıqdan yazmağa başlayır..deyə bilmir, toplanır içində… partlayanda vərəq dolur yazıyla..

Özü də yazanlardandı🙂

Bir şeyi qeyd edim ki, oxuyacağınız dialoqdakı və ya buna bənzər bir hadisə yaşanmayıb, məkan, insanlar, dialogun özü başdan sona xəyal ürünüdü…🙂

Hey, salam.

Salam, salam

Necəsən?

Belə də sən necəsən?

Nolub?

Oxumamısan axırıncı yazdığımı?

Nə yazmısan ki?

Demək ki, oxumamısan..

Yox oxumamışam..

Vaxtın olanda oxuyarsan da onda

De görək nə yazmısan axı?

Boş ver, oxuyanda görərsən..

Nə haqqındadı ki ümumiyyətlə?

Səncə?

Həəə..

Nəysə da, mən gedim yavaş yavaş..

Cavid!

Hə?

Bir az vaxtın var?

Var, nolub ki?

Sənə çay sözüm var idi e, bəlkə Sülhi abinin yanına çıxaq?

Boş ver məncə..

Söz vermişəm axı.. Vaxtın varsa gəl bir çay içək da..

Tamam onda, gedək.

Nə fikirləşirsən?

Mən?

Aha

Bilmirəm ki. Daha doğrusu bildiyin şeyləri fikirləşirəm

Mənim bildiyim şeylər?

Aha

O gün gecə yazdığın mesaj var idi e ..

Həə var idi, nolub ki?

Heç sadəcə nə bilim, heç yazılmamış olsaydı..

Sən də cavab yazmaq məcburiyyətində qalmazdın..

Yoo, yazdım axı cavab..

Amma hələ ki, mənim cavabı oxumamısan..

Nə yazmısan axı e cavabda?  Necə vaxtdı internetə girmirəm deyə oxumamışam..

Boş ver, oxuyarsan da..

Mövzu nədi heç olmasa?

Bildiyin mövzudu da..

Cavid, bunnan sonra necə olacaq?

Nə olacaq ki, necə də olsun?

Dostluğumuz nə bilim əlaqəmiz falan?

Haaa.. Olmayacaq məncə?

Necə olmayacaq?

Olmayacaq da, bildiyin olmayacaq. Daha doğrusu olmamalıdı məncə..

Niyə ki?

Yanlışdı məncə bu cür.. Nəə vaxtsa başqa cürə olmasını istəsən olar.. Nə vaxtsa…  Amma hal hazırda bu cür yanlışdı hər şey məncə..

Günah məndədi indi?

Yoo, səndə niyə olur… Günah yoxdu ki ortada günahkar da olsun.. Sadəcə heç nəyin olmaması ikimizin də xeyrinə olar məncə..

Məncə isə dostluğumuza normal şəkildə davam edə bilərik?

Normal?

Aha normal..

Səncə nu günən snra hər şey köhnəsi kimi, normal ola bilər?

Niyə də olmasın?

Səncə olaması üçün bir səbəb yoxdu?

Var e əslində amma nə bilim, mənçün problem olmaz dostluğu davam ettirmək..

Mənçün olar amma, bilirsən niyə özü də?

Niyə?

Çünki aramızda bir fərq var.

Nədi o  fərq?

Sən məni sevmirsən və buna görə də sənçün hər şey əvvəl necə idisə indi də, sonra da elə ola bilər… Amma mən…

Sən nə?

Bilirsən da, təzdən deməyə nə ehtiyac var ki?

Deməmisən axı heç vaxt?

Yazmışam da

Doğurdan da demək o qədər çətindi sənçün?

Nə bilim..

Bir az vaxta ehtiyacım var desəm?

Vaxtdan bol nəyimiz var ki?     Nəysə mən gedim da, sabaha 2 imtahan var..

Uğurlar sənə, hələlik

Sənə də… Allaha əmanət ol!

4 Cavab to “Dialoq – 2”

  1. mardanlamiya Says:

    🙂 qorxaq🙂

  2. mardanlamiya Says:

    Yox,)) taımıram…o guya ağıllıdı da:DD

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: