Dağınıq Düşüncələr VII

Bir qrup insan var ki, içində olduğu sistemi çöldən görə bildiyini iddia edir və hətta o sistemi təsvir belə edir.

Bu təsvir isə onu təsvir edən insanın xəyallarının məhsulu olur, yəni sistemi olduğu kimi yox, görmək istədiyi kimi təsvir edir. Nə bilim  yaxşıdırsa sistem, qıraqdan gül çiçək kimi görünür, yox pisdirsə qıraqdan görünüşü də pis gündə və iyrəncdi, bu gün sabah dağılacaq və s.

Azərbaycanda eləcə də çox ölkədə dəbdə olan masonizm kimi bir şeydi bu məncə..

Bir tərəfdən yazılan və yüzlərlə, minlərlə insan tərəfindən oxunan masonizm ilə əlaqəli kitablar var və bu kitablar masonizmin sirrlərini açdığını, iç üzünü göstərdiyini iddia edir, o biri tərəfdən də məhz bu kitablar masonizmin dünyadakı hər şeyə nəzarət etdiklərini iddia edir…

Gülməlidi məncə, o zaman necə olur ki, hər şeyə nəzarət edən sistem ona qarşı yazılmış kitablara nəzarət edə bilmir?

Ya masonizm o kitablardakı kimi güclü bir sistem deyil, ya da o kitablarda sistemion bilməyimizi və ya inanmağımızı istədikləri şeylər yazılıb..

Hər iki ehtimalda da məncə o kitabları oxumağa dəyməz..

Bir tərəfdən də hər kəs artıq mason olub..

Stalin, Napaleon, Mustafa Kamal, Ə. Elçi Bəy, H. Əliyev  və s.

Kimin kimdən xoşu gəlmir deyir ki flankəs masondu, gizli yahudilərdəndi nə bilim nə..

Hər şeyin olduğu kimi bunun da ağını çıxarda bilmişik ))

Nə isə..

Diqqətimi çəkən başqa bir gülməli situasiya da var…

Yalnız sözü ilə başlayan məhşur cümlələr..

Yalnız Azərbaycanda flan şey bu cür olar nə bilim nə.

Bu da bir az gülməlidi məncə…

Çünki bunu yazanlar çox vaxt Azərbaycandan bir addım da o tərəfə addım atmamış xalq dilində desək Biləcəridən o tərəfə keçməmiş insanlardı.

Axı bu cür iddialı cümlələr yazmaq üçün ən az dünyanın yarısını gəzmək bir tərəfə ən az 5-6 ölkədə sözün əsl mənasında yaşamaq lazmdı..

Yoxsa adama deyəllər ki hardan bilirsən Bangladeşdə də belə etmirlər və s.

Burdan bu cür məna çıxmamalıdır ki, bizdə vəziyyət yaxşıdı  nə bilim nə…

Düzdü it günündəyik, tənqid olunası şeylərin sayı hesabı da yoxdu heç amma adam kimi tənqid eləmək lazımdı😀

Bu qədər problemi olan toplumda məncə tənqid qədər asan heç nə ola bilməz..

Ona görə hər dəqiqə bir “tənqidçi” çıxır ortaya

Nə isə

Guya bir dialog yazası idim, yazdı da əslində amma paylaşmamağım daha yaxşı olar deyə düşündüm)))

Ən azından indilik paylaşmamaqda fayda var,  bəlkə gələcəkdə paylaşdım amma😀

2 Cavab to “Dağınıq Düşüncələr VII”

  1. mardanlamiya Says:

    Yalnız -analoqsuz))) Amma dialog bundan maraqlı idi,vaxt olanda onu da paylaş:)
    o ki,qaldı massonluğa…məncə səndə gələcək də Masson olacan:PPPPP

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: