Ümid

Səhərdən nəsə yazmaq istəyirəm amma yazammıram..

Bir tərəfdən sabahdan imtahanlar başlayır deyə vicdan əzabı çəkirəm ki, oxumaq lazımdı ))

O biri tərəfdən yazmalı olduğum başqa bir şey var amma onu da yazmıram amma səbəbini də bilmirəm ki, niyə yazmıram. Ya da səbəbini bilirəm sadəcə bilmədiyimə özümü inandırmağa çalışıram..

Digər tərəfdən də bu həftə artıq ikinci dəfədi universitetə gələndə qulaqlıq gətirmək yaddan çıxır və musiqisiz qalıram )))

Nə isə..

Deyilənə görə il dəyişib, bu ildən ümidləri var hamının, neçə ki keçən il bu vaxtlar 2010 dan ümidlər var idi. Novruzda da,  Müsəlmanlar üçün Qurbanda və Ramazanda da, Xristianlar üçün Pasxada da  eyni cür olur..

Hamı ümid etmək üçün bir bəhanə axtarır.. İnsanlar Ümidi sevir… Son çarədi ümid..

Kasıblar nə vaxtsa pullu olacaqlarına, əsarətdə olalar nə vaxtsa azad olacaqlarına, müxalifətçilər iqtidara gələcəklərinə, iqtidardakılar yerlərini sonsuza qədər qoruyacaqlarına, nə vaxtsa seviləcəklərinə, nə vaxtsa sevəcəklərinə bir sözlə hər şeyə ümid edir…

Amma ümiddən başqa nəsə edirmi?

Burdadı əsas məqam, məncə..  İnsanlar ümid edir, nəsə əldə etmək istəyir amma heç nə etmir…

Edənlər var təbii ki, amma çoxluq elə ümidlə kifayətlənir, istədikləri şeyi xəyalında canlandırır və xəyalında yaşayır gerçəkdə yaşayabilmədiklərini . Və həyat beləcə davam edir…

Hələ nə istədiklərini, nəyə ümid etmək lazım olduğunu belə bilməyən insanlar var (Mənim kimi :D)… Bunların işi isə doğurdan da çətindi…

Nə isə..

Ən azından nəyə ümid etmk istədiyimizi biləcəyimiz günün gələcəyinə ümid edək…

Yazmalı olduğumuz şeyləri də yazaq 😀

 

2 Cavab to “Ümid”

  1. Nubar Qocayeva Says:

    Halaldi sene emioqlu gozel meqaledi

Bir şərh yazın