Dağınıq Düşüncələr VI

Tez tez eşitdiyimiz bir söhbət var. Demək olar ki əzbərləyib hamı bu fikri, yerli yersiz bir az çətinə düşən kimi başlayır işlətməyə.

Erməni diasporası 1915 dən bəri fəaliyyət göstərir, biz isə hələ təzə təzə başlamışıq bu işlərə ona görə uduzuruq amma əslində uduzmuruq…

Daha deyən yoxdu ki, Çarlıq Rusyası zamanından üzü bu yana Azərbaycan Türkləri mühacirət edib və indiyə nəsə səs səmirləri çıxmalı idi..

Günümüzdə də istər şimaldan, istərsə də cənubdan çox sayıda insan mühacirət  edir və əsasən də Avropa və Şimali Amerikaya gedirlər.

Amma nə diaspora, nə lobii.. Hamsı yalan söbətdi..

Güney Azərbaycan Türkləri daha çox bir birini ittiham etməklə, daha qurulmamış dövlətin başkanını seçmıklə məşğuldular, Kuzeylilər də onlardan geri qalmır…

Təbii ki istisnalar var, təbii ki istisnalar qaydaları pozmur, təbii ki bəlkə nə vaxtsa hər şey yaxşı olacaq..

Amma indi deyil…

Keçən dəfə belə bir fikir gəldi ağlıma. Tez tez bütün ümumiləşdirmələr yanlışdı deyirəm və bunun özü də bir ümumiləşdirmədi. Deməli bu da yanlışdı yəni doğru olan ümumiləşdirmə də ola bilər. Bəlkə də elə bütün ümumiləşdirmələr yanlışdı ümumiləşdirməsi düz olan tək ümumiləşdirmədi  :)

Nə is..

Deməli maraqlı suallardan biri odur ki, niyə diaspora zəifdi. Cavab məncə yenə bizdədi. Biz yaşadığımız mühitlərə alışmaq istəmir, yeniliklərə qapalı olur və dəyişməkdən qorxuruq çox vaxt..

Sadə bir misal, çox sayıda Azərbaycan Türkü Türkiyədə yaşadığı halda vətəndaşlıq almaqdan imtina edir və bunu millətçiliklə əlaqələndirir. Yəni millətçi olan gərək vətəndaşlığını dəyişməyə.. Daha yaşadığım ölkənin vətəndaşı olsam daha çox şey edə bilərəm deyən yoxdu..

Bir daha nə isə..

Yazını sonlandırmaq üçün ən yaxşı variant, ümid edək ki yaxın gələcəkdə hər şey yaxşı olacaqdı, yazmaqdı amma daha ümidlik də bir şey qalmayıb.

Hədəf yox, lider yox, təşkilat yox, Yol yox, biz də düşmüşük yazıx ümidin üstünə….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: