Dəxilsiz Yazı

Bir biri ilə əlaqəsi olmayan  iki şey haqda yazacam

Sevgi və Siyasi Mübarizə

Əslində sadəcə ilk baxışda fərqlidi bu iki şey bir birindən, təməldə isə bənzərliklər çoxdu, məncə təbii ki..

Nə isə, başlayaq siyasi mübarizədən. Daha doğrusu siyasi mübarizədən yayınmaq üçün yaratdığımız bəhanələrdən.

İlk olaraq orta məktəb bitənə qədər yaşım azdı söhbəti var. Məktəb bitdikdən sonra tələbə isənsə maraqlı bəhanələr ortaya çıxmağa başlayır.

Maddi (iqtisadi) cəhətdən ailəmdən asılı vəziyyətdəyəm və mübarizə aparsam, atamı və ya anamı işdən çıxarallar, problem yaradallar və s.

Əsgərliyə getməmişəm hələ və əsgərlikdə nə istəsələr edə biləllər ona gör həm maddi cəhətdən ailədən asılığımın qurtarmağını gözləməliyəm həm də əsgərliyə gedib gəlməliyəm..

Universitet bitir, əsgərlik də bitir hətta amma bəhanələr bitmir..

Bundan sonra iş tapmaq və evlilik gəlir.. Ailə həyatı qurmalıyam və bunun üçün iş tapmalıyam. İş tapmaq üçün də mübarizədən uzaq durmaq lazımdı, yoxsa tapa bilmərəm…

İş tapıldıqdan sonra isə bu səfər bəhanə işdən qovulmaq təhlükəsidi..

Daha sonrakı addımlarda uşağımın və həyat yoldaşımın gələcəyini düşünməliyəm, ehtiyaclarını qarşılamalıyam və s.

Bu bəhanələr həyatın sonuna qədər müxtəlif formalarda  davam edir sonra da ölüb çıxıb gedirsən..

Rejimlər isə öz işlərində olurlar…

(Təbii ki, bu ümumiləşdirmə də bütün ümumiləşdirmələr kimi yanlış ola bilər və hamını əhatə edə bilməz )

Sevgidə də vəziyyət buna bənzərdi demək olar məncə…

Bir qadın bir kişinin və ya kişi qadının diqqətini çəkir və ilk hədəf tanışlıq olur.

Daha sonra tanışlıq mərhələsini uzatmaq üçün və dolaylı yolla qarşı tərəfə konktret olaraq sevdiyini deməmək üçün bəhanələr yaratmağa başlayırıq.

Hələ təzə tanış olmuşaq, qoy biraz daha yaxından tanıyım qarşı tərəfi ilə başlayırıq başımızı aldatmağa

Daha sonra gəlir ki, birbaşa demək olmaz gərək yavaş yavaş hiss elətdirəm falan filan..

Ondan sonra da mənasızca qarşı tərəfin reaksiyasını analiz etməyə və s başlayırıq və s.

Bu söhbət də siyasi mübarizə söhbəti kimi arapsaçına dönür, uzanır ki uzanır..

Əslində isə məncəhər iki durum da konkretlik tələb edir və əsas göstəricisi cəsarətdi…

P.S. Kitabxana sənsiz çox sıxıcıdı🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: