Dağınıq Düşüncələr V

Yuxarıdakı şəkil hər şeyi izah edir…

49 metrlik tortdan geridə qalan kiçik bir parçaya uzanan əllər və arxadakı 3 polis..

İqtisadi inkişaf, neft, Bakıda tikilən göydələnlər, paklar nə bilim nələr..

Uzun uzadı nələrsə yazmağa heç ehtiyac yoxdu..

Hamsı acizləşir bu baxışların və uzanan o əlin qarşısında..

Hər şey yox olur o an və geriyə həyatın çılpaqlıqları qalır..

Bunu görməmək isə, nə bilim..

Ramiz Rövşənin bu misralarından başqa  yazılacaq heç nə qalmır..

Mən sənin yanında dururam Sənin…

Küçənin tinində dilənən qarı

Başindan var-dövlət yağan ölkənin

Bəxtəvər günündə dilənən qarı

Heç kəs sığal çəkməz düm ağ saçına

O gümüş telindən öpürəm sənin

Qorxma pul qoymuram sənin ovcuna

Əyilib əlindən öpürəm sənin..

ya da

Üstündə neft ləkəsi
Kim yuyacag bu ləkəni,
Milyonçular ölkəsi, dilənçilər vətəni.
Neftlə getdi bərəkətin,
Bərəkət qaçdı səndən.

Neftlə getdi bəkarətin,
Borular keçdi səndən.

Qarış-qarış qazılsan da
Sevin hələki sağsan,
Hələ neftin qurtaranda
Ağ günə çıxacaqsan

Nə isə…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: