Cəsarət Haqqında…

İnsanlar haqda yazmaq çox çətindi…

Ümumiləşdirmələr edirsən və bu ümiləşdirmələrin də demək olar ki hamısı yanlış olur..

Bu ümumiləşdirmənin özü də yanlış ola bilər ))

Yanlış olma ehtimalı ilə bərabər ümumilikdə insanlarda 2 əsas özəllik var məncə.

Birincis, əlində  olandan daha çox şey istəmək, hər zaman daha çoxunu istəmək..

İkincisi isə əksər hallarda birincini həyata keçirmək üçün əlindəkiləri risk altına atabiləcəkcəsarətin olmaması..

İnqilablar, köklü dəyişikliklər, xalq hərəkatları, bunların hamsını xalq edir kimi görünsə də fikrimcə xalq burda o qədər də çox iş görmür..

Orta təbəqə və yaxşı örgütlənəbilmiş bir qrup insandı bütün bunların arxa planında..

Xalq isə xalqdı da..

Bir il sosyalist, gələn il milliyətçi o biri il mühafizakar-dinci ola bilər asanlıqla…

Əsas xalqı örgütləyəbilməki..

Yerli yersiz İsa bəydən çox xoşuma gələn bir ifadəni də yazmaq istəyirəm

“Eşitmək istədiyim bir səs də var: gözəl bir qadın uzun kipriklərini endirib-qaldıraraq gözlərini yumub-açanda mənə bir tarixçi kimi elə gəlir ki, tarixin bir mərhələsi bitib yenisi başlayır, bax, o kipriklərin səsini eşitmək istəyirəm, amma hələ ki, eşitməmişəm.”

Fərdlərə gəldikdə isə yuxarıda yazdığım təzad var…

Əlində nələrsə var, eyni zamanda daha çox şey istəyir. Bununla bir yerdə əlindəkiləri də itirmək təhlükəsi var deyə risk etmək istəmir…

Bilmirəm nə vaxtdan yaranıb bu təzad, nə vaxta kimi davam edəcək amma bu gün var bu təzad.

Bəlkə də yoxdu sadəcə mənə elə gəlir ki var…

Hər şey ola bilər..

Nə isə..

Söhbət sadəcə siyaci, ictimai, nə bilim sosial dəyişikliklərdən də getmir. Fərdi münasibətlərdə də var bu.

Hər cür fərdi münasibətlərdən söhbət gedə bilər..

İqtisadi, maddi, mənəvi, dostluq nə bilim sevgi və s.

Əslinə baxdığımızda sosial, ictimai nə bilim siyasi münasibətlər elə bu fərdi münasibətlərin toplamıdı amma yenə də çox kiçik də orsa ayrım nöqtəsi var..

Topluma bir ovuc insan lazımdı..

Əlindəkiləri risk altına atabiləcək insan..

Söhbət insanları örgütləməkdən, inqilablar etməkdən getmir..

Yuxarıdakıları edə bilmək üçün fərdi cəsarət lazımdı..

Əgər bir insan dostluğunu riskə atıb sevgili qazanmaq üçün bir addım atmırsa, Əlindəkiləri itirmək qorxusu hər şeyə üstün gəlirsə, cəsarət yoxdusa hər şey boş söhbətdi…

Əsas insanlara, daha doğrusu sevdiklərinə və ya sevdiyinə, sevdiyini deyə bilməkdi…

Hətta buna inandırabilməkdi…

O biri şeylərin hamsı düzələcək🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: