Dağınıq Düşüncələr IV

Təhsil naziri deyir ki, əsas problemlərdən biri xaricdə elmi dərəcə alanları ölkəyə necə qaytaraq…

qayıtsınlar yox qaytaraq..

Bəlkə də söz oyunudu yuxarıda etdiyim amma nə bilim nəsə diqqətimi çəkdi..

Lap Qarabağı qaytarsınlar nə bilim hansı bayramı gələn il Qarabağda keçirək sözü gəldi ağlıma..

Səfirlik isə dekabr ayının əvvəllərində belə bir məlumat yayıb və ya səfirlik adından yayılıb məlumat dəqiq bilmirəm.

Amma mənə gələn mesaj eynilə bucürdü..

“Hormetli telebeler,
Sefirliyimiz Bir melumati diqqetinize catdirmamizi xahis etdi:
“Azerbaycan Tehsil Nazirliyinden ve Bas Nazirlikden gelen yaziya esasen her bir Azerbaycanli telebe Azerbaycan Devletinin milli, menevi bütün tedbirlerinde istirak etmelidir.Esasen de dovlet xetti ile Turkiye Respublikasinda tehsil alan telebelerden Sefirliyin ve Dovletin teskil ettiyi tedbirlerde istirak etmeyen Azerbaycanli telebelerin teqaudleri kesilecekdir””

Deyək ki, xaricdə oxuyanları, elmi dərəcə alanları qaytardıq, bəs sonra?

Bu sual isə maraqlıdı..

Niyə heç kim dilinə gətirib demək istəmir ki, gəlin Azərbaycanda elə bir mühit yaradaq ki, xaricə gedən beyin köçü geri qayıtsın..

Kimin nəyinə lazımdı e…

Hələ ki, 5 – 10 nəfər adam qalıb ölkədə lazımi işləri görəbiləcək potensialda olan..

Müəyyən müddət sonra isə o 5-10 nəfər də yoxa çıxandan sonra əsas fəlakət başlayacaq..

İnsanlar fürsət axtarır ölkəni tərk etmək üçün, sərhəddi keçənlər bir də geri dönməməyi ümi edirlər..

Söhbət daimi yaşayış üçün geri dönməməkdən gedir təbii ki..

Xaricdə oxuyan tələbələrdən ən çox oxuduqları ölkələrdə öyrəndiklərini gəlib Azərbaycanda da tətbiq etmək istənə bilər..

Xaricdəkilər isə əsas olaraq nisbi özgürlük və demokratiya görürlər oxuduqları ölkələrin çoxunda..

Gəlib bu gördüklərimizi tətbig edə bilməyəndən sonra, hansı haqqla xaricdə oxuyanları geri qaytarmaqdan söhbət gedə bilər?…

Nə isə..

Xaricdə təhsil falan filan hamsı boş söhbətdi )))

6 Cavab to “Dağınıq Düşüncələr IV”

  1. Neo Dədə Qorqud Says:

    “mən gördüyüm xaricdə təhsil alanlar” olsa idi daha uğurlu ifadə olardı.

    Mən, istənilən şəraitdə ölkəmə dönəcəm. Siz dönməsəz yerinizi başqaları alacaq.

    • Cavid Qocalı Says:

      Təbii ki bütün fikirlərin olduğu kimi bu fikir də subyektivdi və əksər ümumiləşdirmələrdə olduğu kimi bunda da yanlışlar ola bilər..

      Ölkəyə dönməyə gəldikdə isə, dönənlərə uğurlar arzulayıram…

  2. Neo Dədə Qorqud Says:

    “siz səs verməsəniz, başqaları səs verəcək” :)))))

  3. Artie Light Says:

    maraqli movzuya toxunmusan/orda yazılan məktubu oxuyana kimi ürəyim çəkildi. bu qədər də savadsızlıq olar?
    alırlar savadsız gəncləri işə sonra nələrdən danışırlar
    elə birinci bundan başlasınar.öz səhvlərini düzəltməkdən.
    boş boş qərarlarıyla güldürməsinlər bizləri
    Uğurlar!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: