Papillon

Təxminən bir il əvvəl idi. Bir dostumda 2 kitab gördüm. Daha doğrusu yeni almışdı kitabları. Nə isə maraqlı gəldi kitablar mənə. Xüsusi ilə Kelebek. Hələ dostum əmisinin o kitabı oxuduqdan sonra həyatının böyük ölçüdə dəyişdiyini, ABŞ-a gedib bir müddət orda yaşadığını və s. deyəndən sonra daha çox maraqlı gəldi mənə kitab.

Amma nəsə oxumağa başlaya bilmirdim o kitabı, hər dəfə bir problem çıxırdı, çox vaxt isə tənbəllik əsas səbəb idi.

Nə isə, bir iki həftə bundan əvvəl ikinci əl kitabların satıldığı bir kitabçıya girdim elə belə baxım nə kitalar var deyə. Baxdım ki, Kelebek də var. Dedim alıb oxuyub kitabı. Aldım və oxudum ))

 

Henri Charriere öz yaşadıqlarını yazıb kitabda. Fransada haqsız yerə mühakimə olunmasından Amerika qitəsindəki çəkdiyi cəzadan, dəfələrlə tutulsa belə, israrla həbsxanadan qaçmaq istəyindən və sonunda özgürlüyünə qoşuşmasından yazıb. Nə dərəcədə səmimidi, səmimi deyil orası isə bilinmir təbii ki, ama çoxları yazarın səmimi olduğunu qəbul edir..

Amma subyektivlik də öz yerində,  əsərində yazdığı qədər haqsızlığa məruz qalan bir insan məncə təbii olaraq hadisələrə subyektiv yanaşacaq. Təbii haldı bu mənim üçün..

Nə isə..

Kitabı oxuyanda isə ən çox diqqətimi çəkən şey, insanların etdikləri qarşılıqsız köməklər, sırf bir insanın azad yaşaya bilməsi üçün etdikləri fədakarlıqlar idi. Kapitalizm, Neoliberalizm nə bilim daha hansı İzm-lər qanımıza o qədər işləyib ki artıq hər hansı bir şeyin qarşılıqsız ediləcəyinə inam qalmayıb insanlarda. Çox səmimi deyirəm kitabdakı bu cür olayları oxuyanda beynimdə həmşə sual dolanırdı ki, görəsən həqiqətən də belə olub? Yoxsa yazar olayları şişirdib?

Hadisələr 1930 və 40 cı illərdə yaşanıb və o qədər də uzaq tarix sayılmaz. Amma insanların nə qədər vəhşiləşdiyinimi desəm, bireysəlləşdiyinimi desəm bilmirəm. Amma insanlara nəsə olub.. Qarşılıqsız yardım, fədakarlıq anlayışı yox olub..

Modernləşmişik ya da.. Kitabda da modern təhsilli insanlarla cahil insanlar arasındakı fərqə tez tez diqət çəkilirdi.. Biz modernləşmək adı ilə, təhsil adı ilə vəhşiləşmişik…Çoxumuzun isə xəbəri yoxdu bunnan ya da var amma qəbul etmək istəmirik.   Cahil insanlar isə təmizdi, fədakarlıq edə biləcək insanlardı, özündən başqa insanların da olduğunu qəbul edəcək insanlardı..  Çoxumuzun isə xəbəri yoxdu bunnan ya da var amma qəbul etmək istəmirik.

Cahil insan deyiləndə ilk ağla Azərbaycansayağı cahillər gəlsə də burda nəzərdə tutulan saf, təmiz qala bilən insanlardı.

Problemin səbəbləri böyük ehtimalla yuxarıda yazılan İzm-lərdi amma problemin həll yolu bu İzm-ləri başqa İzm-lərlə əvəz etməkdə deyil məncə..

Açığı desəm həll yolu varmı yoxmu əmin deyiləm, Ümid edirəm ki var amma sadəcə ümid edirəm..

Olmasını istəyirəm.. Həll yolu olmasa belə barı ümid olsun….

Nə isə..

Çox gözəl sözdü nə isə, 5 hərf ilə çox şeyi yola verə bilirsən…

 

Gərək Bankonu da tapıb oxuyam, orda da azadlığa qovuşduqdan sonrakı həyatınə yazıb Henri Charriere..

 

 

 
Henri Charriere - Papillon

2 Cavab to “Papillon”

  1. mardanlamiya Says:

    Norveçə getmək üçün…10$))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: