Azərbaycanlılar

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə Azərbaycan əhalisinin sadəcə 90.6 faizi azərbaycanlıdı. Düzü bu 1999 cu ilin göstəricisidi amma nə etmək olar komitənin rəsmi saytında (http://www.azstat.org/statinfo/demoqraphic/az/006.shtml#s6) bu ildən sonrası haqda məlumat yoxdu.

Eyni məlumatda Azərbaycan əhalisinin cəmi 0.5 faizi türklərdi.. Burada qeyd olunan və ya nəzərdə tutulan türklərin Ahıska və ya Türkiyə tğrkləri olduğunu deyəbilərik amma bu heç nəyi dəyişmir..

Düzdü Azərbaycan Konstitusiyasında azərbaycanlı sözü yerinə Azərbaycan xalqı sözü işlənir və  2. maddədə belə deyir “Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir”.

Alt kimlik üst kimlik mübahisələri saatlarca davam edəcək mübahisədi və azərbaycanlı kimliyi alt kimlikdimi üst kimlikdimi mübahisəsi də ortaya çıxa bilər..

Amma bir şey çox aydındır ki azərbaycanlı deyə bir millət yoxdu, necəki fransalı, türkiyəli və s.

Azərbaycanlı demək Azərbaycana vətəndaşlıq bağı ilə bağlı olan insan deməkdir..

Azərbaycanlı deyə qeyd olunan etnik qrup və ya millət isə türklərdi. Azərbaycan Türkləri..

Nə isə..

Bu Azərbaycanda dəbdə olan mübahisələrdən biridir və həqiqətən də çox insan yorulub bu mübahisədən..

Milliyətin nədi sualına türkdü deyə cavab verdiyində bölücülüklə ittihma oluna bilirsən rahatlıqla.

Niyə sualını verəndə isə gülməli cavab alırsan..

“Axı Azərbaycanda başqa millətlər də var axı, sadəcə türklər yaşamır bu ölkədə”

Qayıdıb olsun da necə ki, digər millətlər var demək bölücülük deyil, öz millətimin adını demək niyə bölücülük olsun ki?

Mən türkəm deməklə ləzgi, talış və s millətlər yoxdu mu  anlaşılır deyirsən və mənasız yerə uzanır yenə mübahisə..

Nə isə ..

100 il sonrya gedək xəyalımızda ))

Bu illəri tədqiq edən bir tarixçi, yerli və xarici fərqi yoxdu ilk olaraq rəsmi məlumatlara baxmalıdı məntiqən..

Komitənin məlumalarına görə isə türklər ən kiçik etnik qruplardan biridi Azərbaycanda (hansı türklərin olduğu qeyd olunmadığı üçün hər cür yoruumlana bilər)..

Və budur 100 il sonra türklərin (Azərbaycan türklərinin də) bu torpaqlarda daima azınlıq olduğu isbat olunur…

Sual verilə bilər ki, hə nə olsun? Bütün bunları niyə yazdın ki indi?

Cavab sadədi, heç, elə belə )))

P.S. Bu azərbaycanlı ifadəsi əksər rəsmi məlumalarda da milliyət mənasında işlədilir…

2 Cavab to “Azərbaycanlılar”

  1. mardanlamiya Says:

    Elə-belə yazdıqların heç də elə-belə deyil…bunu çox az adam bilir)))

    Türkəm…kimin sözü var…getsin DNT testi eletdirək,?))) hərçənd DNT də çıxmır…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: