Dəlilər

Bizim kənddə bir dəli var idi. Hər gün kəndin yollarındakı bütün zibilləri yığırdı..
Uşaqları o dəli ilə qorxudurdular.. Adına da Oba deyirdilər..
Uşaqlara isə Oba gəlib səni də aparar deyirdilər..
Oba isə zibildən başqa heç nəyə əl vurmurdu..

Oba öldükdən sonra isə kənddən hər yerdə zibillər yığıldı..

Bir dəlinin etdiyini min özünü ağıllı sanan edə bilmədi demək..

Toplum nisbətən özgür olmaq istəyənlərə o saat dəli deyir.
Deməli dəlilər hamıdan özgürdü..

Dəliyə gözün üstündə qaşın var deyən olmur..
Biz isə guya ağıllıyıq..
Hər addımda xalq nə deyər, qonşular belə getdi, qohumlar belə gəldi, ayıbdı, mentalitet necə oldu bəs sözlərini eşitmək məcburiyyətindəyik..
Hələ “qız uşağı” oldunsa vəziyyət daha qəlizdi..

Bir gün burdakı tələbələrdən biri oturma izni üçün polisə gedir, bu hadisəni Bakıda eşidənlər isə deyir ki, uy daa qız uşağının polisdə nə işi var..

Nə isə…

Yəqin son vaxtlar ən çox işlətdiyim söz “nə isə” di.. Guya heç nəyə fikir verməməyə çalışmaq lazımdı nə bilim nə..

Bir daha nə isə.. Dəlilərdən yazdığım yerdə söhbət yenə ağıllılara fırlandı..

Belə yerdə adamın lap lənət sənə kor şeytan deməyi gəlir )))

Bəlkə də dəliləri də toplumun özü yaradıb, özlərinin ağıllı olduqlarını təsdiqləmək üçün..

Kürə formasında olan dünyada Qərbin var olmaq üçün Şərqi istədiyi formada “yaratdığı” kimi..

Ən maraqlı sual isə dəlilərin dəli olduqlarını bilib bilməmələridir..

Qoqol Bir Delinin Hatıra Defterində buna cavab tapmaq istəyir amma məncə alınmır..

Cavab inandırıcı deyil.. Çanki yazını yazan da ağıllıdı nəticə etibarı ilə…

Elə sualın maraqlı olmasının səbəbi də budu yəqin ki. Sualın cavabını bilmək mümkün deyil, ən azından məncə mümkün deyil. Bəlkə də mümkündü.. Amma mümkün olsa daha dəlilər bu qədər maraqlı olmaz topluma deyə düşünürəm..

Nə isə..

Bir xalamqızı var, həmşə mənə deyir ki, Cavid sən dəlisən..
Bəzən haqlı olmasını çox istəyirəm😀

6 Cavab to “Dəlilər”

  1. mardanlamiya Says:

    Haqlıdı…ya da indi olmasa da,gələcəkdə haqlı olacaq))

  2. Gunay Says:

    Cavid hami deli ola bilmezki:)

  3. ali novruzov Says:

    Cavid ele bil bunu basqa yerde de oxumusdum axi:) basqa hardasa yazmisan bunu?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: