Dağınıq Düşüncələr III

Bilmirəm problem kapitalizmdədi, ya ulus dövlət (nation state) modelindədi günah.
Amma bildiyim tək gerçək var..
İnsanlar əziyyət çəkir və artıq insanların nə geyinib geyinməyəcəyini də dövlət müəyyənləşdirməyə başlayır..
Ölkədə tək həll olunmamış problem hicab idi onu da həll etdilər…

Muse də deyir ki, They will not control as, We will be victorius, so came on nə bilim nə…

Bizi o dərəcədə kontrol edirlər ki, bu gün artıq bunu geyin bunu geyinmə də deyillər..

Bu gün qadınlara deyillər bunu sabah isə kişilərə deyəcəklər..

Dünyəviliklə əlaqələndirillər bunu amma yaddan çıxır ki, dünyavi dövlətdə ibadət özgürlüyü, vicdan azadlığı da var..

Özlərinə liberal deyənlər isə susur ki, bizdik deyil ya da düz edirlər deyillər..

Özgürlük sadəcə bizim olmalıdı deyə düşünürlər, başqalarının özgürlüyündən bizə nə?

Mən istədiyimi edə bilim əsas, başqası istədiyi cür geyinməsədə olar..

Lap burdakı kimi ağlamalı bir vəziyyət yaranır..

Sol örgütlərin və ya özlərinin sol olduğunu iddia edən örgütlərin nəzarətindəki universitetlərdə elə həmin bu örgütlər azadlıq tələb edir, fikir azadlığı, ifadə azadlığı və s..
Amma həmin universitetlərdə sol olmayan düşüncələr, ifadələr ən yaxşı halda susdurulur..

Eyni durum “sağ” ın nəzarətində olan universitetlərdə də var..

Biz isə ən əcaib təcrübələri, ən çox tənqid olunan qərarları və qanunları tətbiq etməkdə israr edirik…

Bir gün Türkiyə tvlərindən birində belə bir fikir ifadəe etdi bir insan (adı, kim olduğu yadımda deyil). Bu gün İranda olsaydım qadınların örtüsüz gəzməsini savunardım amma burda qadınların sərbəst şəkildə örtü ilə gəzəbilməsini savunmaq lazımdı…

Məncə də İran kimi bütün qadınları örtü taxmağa məcbur etməklə, hər hansı bir ölkədə buna yasaq qoymaq arasında fərq yoxdu…

Nə isə….

Ümid edək ki Muse haqlıdı…

2 Cavab to “Dağınıq Düşüncələr III”

  1. Neo Dədə Qorqud Says:

    bəlkə də olay fərqlidir :)))

  2. Cavid Qocalı Says:

    Olay nədi ki? )))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: