Bakı haqqında bir iki qeyd…

Bakı yaşı artdıqca gözəllik (artıq o hər nə isə)kompleksinə girməyə başlayıb öz “gözəllikərini” qorumağa çalışan və son çarə olaraq plastik əməliyyatlara başlayan qadınlara oxşayır məncə…

Bakını sevən çox insan tanıyıram və onların yanında Bakını sevmədiyimi deyəndə ən yaxşı halda qınaq obyekti oluram. Bakıdakı dəyişiklikləri, inkişafı görmürsən sualı ünvanlanır, nə bilim sonra bu fikrim ilə millətçilik arasında əlaqə qurmaq cəhdləri və s.

Nə isə..
Bəs mən görəsən doğurdanmı Bakıdakı dəyişiklikləri görmürəm? İnkişaf, gözəlləşmə nə bilim nə…

Bəlkə sevmədiyim üçün görmək istəmirəm?

Axı “torgoviy” deyə bildiyimiz yeri təmir elədilər və bir birinə dəxli olmayan bir neçə ideya zorla bir yerdə cəmləşdirilib kimi görünür. Ortadakı qızmızı işıq dirəkləri, nə bilim insanların oturmayacağı daş oturacaqlar və s..

Axı “bulvar”ı da təmir ediblər və o məhşur qoxu hələ də ordadı..

Bir daha nə isə… Hər bir yeri ayrı ayrılıqda yazmaq fikrim yoxdu..

Ümumilikdə əgər bir şəhərdə yaşayırsansa o şəhərə gözəl demək, o şəhəri sevmək bir az çətindi..
Çünki, yaşadığın vaxt oranın arxa məhlələrini, zibilliklərini və hər cür pisliklərini də görürsən..
Amma Bakıdakı problem arxa məhlələrlə bitmir.. Bakının problemi gözönündə olan yerlərindədi…
Sanki insalardakı sünilik şəhərin özünə də yansıyıb.

Parkları, küçələri nə bilim binaları insanı sevmir.. Zorla qoyublar ora, sanki həbs olunub hamsı və Bakı onların türməsidi..

Xəzərin də imkanı olsaydı çıxıb gedərdi…

Çıxıb gedən minlərlə insanla birlikdə…

Bakıda sanki insanlar bir birinə nifrət edir, mübahisə etmək üçün fürsət axtarırlar.. İçlərindəki agressiyanı başqa insanların üstünə tökmək istəyirlər..

Hər dəfə dəbdə olan axımlara özünü oxşatmaqdan başqa işi olmayan bir qrup özünə gənc deyəndən başqa hamı fikirlidi sanki şəhərdə..

İnsanlar təbəssüm etməyi yaddan çıxardıb.. problemlərə təslim olub çoxdan və çoxları bununla barışıb artıq…

Bakı isə bütün bu agressiyanın, nifrətin içində yox olub, gündə təmirə ehtiyacı olur amma alınmır ki alınmır..

Bəlkə də Bakı nə vaxtsa doğurdan da gözəl olub, bəlkə də nə vaxtsa yenə gözəl olacaq..

Amma mən o gözəlliyi görməmişəm və görəcəyimə dair elə bir inam da yoxdu…

Bəlkə də problem məndədi və görmək istəmirəm sadəcə….

Etiketlər:

7 Cavab to “Bakı haqqında bir iki qeyd…”

  1. ali novruzov Says:

    Hər dəfə dəbdə olan axımlara özünü oxşatmaqdan başqa işi olmayan bir qrup özünə gənc deyənlər…

  2. Bir Yuxu… « Qaralama Dəftəri Says:

    […] qədər 3 şəhərdə yaşamışam. Bakı haqda nəsə yazmağa dəyməz, çünki əvvəllər də yazmışam. Yenə də deyim ki, yaşanılası yer deyil fikrimcə. İstanbulda 1 ilə yaxın yaşamışam, […]

  3. Orxan Says:

    Əvvəllər bunu hiss etmirdim, bir il ki, hərbi xidmətdə oldum, qayıdanda hər şeyi daha aydın görürdüm, hamı bikef, hamının bir dərdi, hamı elə bil həbsdə.. Eləcə də bütün əsgərlik dostlarım bunu hiss edirdi. Bunu görmək üçün mütləq gərək bir müddət kənarda olasan, yoxsa burda olanda hər şeyi aydın görmək olmur, getdikcə vəziyyətə özün də öyrəşirsən və əvvəlki kimi adi gəlir, getdikcə də normal görünür.

  4. ibrahim Says:

    Ümumilikte baxdığımız zaman Cavidin dedikleri günümüz dünyasında, bütün ölke şeherlerine aiddir diyebilerik. Çünkü hardasa bütün megapolislerde insanların birbirlerine olan güveni ve inamı qalmayıb. Mence şeherleri gözelleştirende çirkinleşdirende insanlardır. Bu problemin hellolabilmesi üçün de en başta toplumumuzun deyişmesi lazımdır.Gözel enenelerimize sahip çıxmaq ve yeniliklere de (yaxşı menada) açıq olmalıyıq.

    • Cavid Qocalı Says:

      Bütün meqapolislərdə var düzdü amma daha Bakı qədər olanını görməmişəm mən🙂 Bakıda urbanizasiya səviyyəsində də ciddi problem var, şəhərləşmə tam gerçəkləşə.bilməyib. xüsusilə qaçqınların gəlişi daha sonra isə işsizlik və başqa səbəblərdən digər rayonlardan da böyük köçlərin olması da ciddi təsir edib bakıya.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: