Köhnə və yeni

Fikrimcə çox vaxt toplumlardakı və cəmiyyətlərdəki problemlərin mənbəyi köhnə və yeni fikirlər olub..

Köhnə fikirlər hər zaman bunu iddia etməyə çalışır ki, əzəldən bəri biz var olmuşuq və bundan sonra da hər zaman bir olmalıyıq. Yeni fikir isə buna qarşı mübarizə apararaq uzunvadeli olaraq köhnə fikirin yerinə keçməyə çalışır..

Yəni köhnə fikir yeni fikir ilə dəyişildikdən sonra yeni fikir özü köhnə fikir olur. Bu səfər də hər kəs başlayır bu köhnə (əvvəlki yeni) fikri müdafiə etməyə və sanki hər şeyi unudurlar…

Bundan öncə fərqli şeylər olub mu deyə sual vermirlər özlərinə.. Sanki əzəldən hər şey bu cür olub deyə düşünməyə başlayırlar..

Zamanında köhnə fikirə qarşı mübarizə aparanlar bu səfər özləri köhnə fikirləri şiddətli şəkildə müdafiə etməyə başlayırlar və ortaya çox qəribə bir görüntü çıxır…

Özlərini milli mentalitetin qalaları, müdafiəçiləri olaraq təqdim edən insanlar ingilis və ya italyan tərzi kostyumları, xırvat qalstuklarını müdafiə edirlər və bunlardan istifadə etməyənlər milli mentalitetdən uzaqlaşmış kimi qələmə verilir…

Sanki tarixin heç bir periodunda türklər saçlarını uzatmayıb və ya saqqal saxlamayıb deyə düşünürlər (Özlərinin türk olduqlarının fərqində belə deyillər əslində, “azəri” və ya daha gülüncü azərbaycanlı milətindənəm deyillər).

Osmanlıda vaxtilə fəs geyinməmək üçün üsyanlar çıxaran insanlar cumhuriyyət dönəmində fəsi milli atrebut kimi müdafiə etməyə çalışdılar..

Paulo Coelho Zahirdə belə yazır:

‎”Yıllar önce, çok ilginç bir öykü anlatan bir kitap okumuştum. Bir an için Hitler’in savaşı kazanmış olduğunu düşün, tüm Yahudileri yok ettiğini ve halkını Âri Irk diye bir şey olduğuna inandırmış olduğunu. Tarih kitapları değişmeye başladı ve yüz yıl sonra onun ardından gelenler de tüm Hintlileri yok etti. Üç yüz yıl sonra Zenci ırkı da yok edildi. Beş yüz yıl sürer, ama sonuçta tüm güçlü savaş makineleri yeryüzünden Doğulu ırkların tümünü silmeyi başarır. Tarih kitapları barbarlara karşı yapılan uzaklardaki savaşlardan bahseder, ama kimse okumaz, çünkü hiç önemi yoktur.
“Nazizm’in doğuşundan iki bin yıl sonra Tokyo’da bir barda, uzunboylu, mavi gözlü insanların beş yüz yıl boyunca yaşadığı bu şehirde Hans ve Fritz bira içmektedir. Bir anda Hans Fritz’e bakar ve sorar: ‘Fritz, senceher zaman böyle miydi?’
‎’Ne?’ diye sorar Fritz.
‘Dünya.”
“Elbette dünya daima böyleydi, bize böyle öğretmediler mi?”
“Tabii ki, böyle aptalca bir soruyu neden sorduğumu ben de bilmiyorum,’ der Hans. Biralarını bitirirler, başka şeylerden bahseder ve bu soruyu tümüyle unuturlar.”

Düşünürəm ki, illər sonra qadınların şalvar geyinməsinə şiddətli etiraz edənlər həmin o şalvarları da mentalitetin bir parçası olaraq görüb bu səfər onları müdafiə etməyə başlayacaqlar və s və ilaxır..

Bu gün sadəcə bu gündü və bu günü yaşayanda dünən fərqli olduğunu və gələcəyin də fərqli olacağını düşünmək lazımdı ))

2 Cavab to “Köhnə və yeni”

  1. mardanlamiya Says:

    Bu fikirlər necə də tanışdı…uzun söhbətimzin sonunda gəldiyimiz qərar)) Hər nə varsa bir gün köhnəlir)) biz də köhnələcik…əsassa bunu qəbul etməkdi))

    (p.s. Bu kitabı oxuyacam…göndərən sağ olsun))

  2. Cavid Qocalı Says:

    Aha hamı köhnələcək, bu gün hər zaman qəlblərdə yaşanacaq olaraq görülənlər belə ))

    Oxu o kitabı sonra 2 kitab deyərəm sənə onları da oxuyarsan ))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: