Dağınıq Düşüncələr II

Səhərdəndi idealogiyalar haqda nəsə yazmaq istəyirəm amma alınmır.
Yazılabilməyəcək qədər dağınıqdı düşüncələr..

Düşüncələri elə olduğu kimi heç bir qəlibə uydurmadan yazmaq da çətin olur..

Ümumilikdə nəsə bölünmüşlüklər haqda yazmaq istəyirdim..

Burdakı vəziyyət haqda, nə bilim keçmişdə daha betər olması haqda..

Geyim tərzinə, bəzən yediyin şeylərə, bəzən dinlədiyin musiqiyə, bəzən təhsil aldığın universitetə görə çox rahat bir tərzdə yargılanabilirsən…

İnsanlar sanki sevir qarşısındakıları qruplaşdırmağa..

Sağ, sol və s və ilaxır…

Heç bir sağcı Ahmet Kayanın hər hansı bir mahnısını, nə bilim sırf musiqisini sevir deyə hasta siempreni nə bilim Mohsen Namjoonu, ondan sonra “onlar” deyə kodlanmış millətin mənsublarının hər hansı bir mahnısıni dinləyə bilməz

Heç bir solcu Ali Kınıkdan Duvar yazısı mahnısını dinləməməlidi, bim dən alışveriş etməməlidi nə bilim daha nələr nələr.

Bir dönüb özümüzə sual verək bəlkə?

Nəyə lazımdı axı bu cür bölünmüşlük?

Kimin və ya nəyin faydasınadı?

Hər şey ağ və qara deyil axı…

Bəzən orta rənglər də ola bilər… o rəngləri də ağartmaq ya qaraltmaq nəyə gərək?

İnsanlar sanki düşmən axtarışındadılar e…

Düşmənsiz yaşayabilmirlər sanki..

Düşmən olmazsa özləri də olmaz…

Bu bir yana yetərincə açıq “düşmən” varkən, digərlərini də düşmən elan etmək çabası var…

Özəlliklə Azərbaycanda bir az hər kəsin eşitmək istədiyi sözlərdən fərqli sözlər söylədiyin zaman ən yaxşı halda Ermənistan agenti ya da onların maliyələşdirdiyi vətən xaini olursan…

Bir dönüb özümüzə baxsaq?

Əgər siz haqlısınızsa və aramızda (və ya aranızda) bu qədər xain varsa, siz nə ilə öyünürsüz?….

P.s. Bu yazını yazarkan Oscar Chavez dən hasta siempreni ardınca da Ozan Araz Elsəsin düşüncələrim yasak mahnısını dinləyirdim )))

Uğur olsun hamıya )))

2 Cavab to “Dağınıq Düşüncələr II”

  1. mardanlamiya Says:

    Azərbaycanda nə solçu var,nə sağçı var,nə də millətçi….varsa da sayılacaq qədər azdı sayları…
    Geridə qalanlar hamsı bekarçılıqdandı))

  2. Cavid Qocalı Says:

    Bəs nə var görəsən bizim Azərbaycanda? )))

Cavid Qocalı üçün bir cavab yazın Cavabı ləğv et