Afrika

Heç vaxt olmadığın, heç vaxt görmədiyin yer haqda nə yaza bilərsən ki?
Sadəcə olaraq maraqlı bir yer olduğunu düşünürsən, bəlkə də maraqlı olacağına ümid edirsən..
Gedib oraları da görmək istəyirsən..
Amma CAR və ya şimaldakı nisbətən inkişaf etmiş ölkələri yox.
Sözün əsl mənasında inkişafdan geridə qalmış və gerçək aclığın hakim olduğu yerlərdə olmaq istəyirsən..
Hər hansı bir şəkildə turist kimi 5-10 günlük səfər etmə imkanı tapa bilərsən hərhansı bir şəkildə amma sözün əsl mənasında orda yaşamaq istəyirsən…
Birdən dönüb özünə niyə sualı verirsən və başlayırsan cavablar uydurmağa..
İlk ağla gələn cavab hərşeydən uşaqlaşmaq istəyidi amma elə hərşeyin mərkəzində insanın özüdü demək olar ki, yəni heç nədən uzaqlaşa bilməyəcəksən..
Sonra nə bilim, fərqli yerləri görmək arzusu, həyat təcrübəsi və s.
Bütün bunları daha rahat yerlərdə yaşayaraq da əldə etmək olar amma..
Onda bəs niyə məhz Afrika?
Öz özünə fikirləşirsən xeyli və anlayırsan ki, konkret cavabı yoxdu bunun. Ən azından konkret cavabını tapa bilməmisən və sadəcə gedib Afrikada yaşamaq istəyirsən.
Özün özünü aldatmağa davam edirsən və deyirsən ki sualın cavabını ora gedəndən sonra tapacaqsan, inidən bu suala cavab vermək olmaz.
Gedib getməyəcəyini belə dəqiq bilmirsən heç, sadəcə getmək istəyin var o qədər..
Sonra düşünürsən ki, həyatının bir neçə ilini bu cür bir xəyala qurban etməyə dəyərmi?
Və belə qərara gəlirsən ki, onsuz bu və ya digər şəkildə onsuz bu həyatı yaşayacaqsan və təhsil, koryera kimi şeylər sadəcə baş aldatmaqdı bir yerdən sonra..
Ona görə də bir az cəsarətli olub radikal addımlar atmağa dəyər…

Afrikada yaşasan belə yerlilər kimi düşünmək, onların gerçək mənada nə hissetdiklərini bilmək tam olaraq mümkün deyil məncə. Bunu anlaya bilmək üçün ən az onlar qədər aclığa, onlar qədər aşağılanmaya və ayrımcılığa məruz qalmaq lazımdı.
Sadəcə olaraq fikrimcə, orda yaşamaqla daha çox şey öyrənmək olar nəinki qısamüddətli səfər etməklə..

Ona görə də Afrikada da yaşamaq lazımdı..
Oranın insanlarını daha yaxından anlayabilmək üçün və bir az daolsun onların acılarının hiss edə bilmək üçün…
Özünü daha yaxşı anlamaq üçün, əslində xırda problemləri necə böyüdəbildiyimizi görə bilmək üçün…
Və ya sadəcə maraqlı bir və ya bir neçə il keçirmək üçün…

Gələcək illərdən birində Afrikada yaşamaq ümidi ilə….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: