Dağınıq Düşüncələr I

Hamı bir nöqtədə özünü insanlardan fərqli görür məncə.
Əsas etibarı ilə hamı eyni olsa da fərqli olan xırda nüanslar var.
Burda hər kəsin barmaq izi fərqlidi söhbəti çox uyğun gələrdi amma məncə bu iki fikirin əlaqəsi olsa belə çox azdı.
Söhbət burada xarici görünüşdən və özəlliklərdən getmir.
Amma ümumilikdə toplumlarda fərqli olaraq qəbul edilən insanlar var.
Öz özlüyündə paradoks var kimi görünür.
Hamı fərqlidi – eyni zamanda bəzi insanlar fərqli olaraq qəbul edilir.
Deməli bəzi insanlar fərqlidisə digərləri deyil?!

Bu durumda hər şey bir birinə qarışır.
Kimdi fərqli olan?
Niyə fərqlidilər?
Ümumiyyətlə bu cür ayrıma nə ehtiyac var axı?

Bizim toplumda gördüyüm qədər təzə dəb var.
İlk qrup insan fərqli görünmək üçün dəridən qabıqdan çıxır. Bu tip insanlar ən sadə insanlardı zənnimcə.
Digərləri bir addım daha irəli gedir və hər kəsin fərqli görünməyə çalışdığını deyib, özlərini olduqları kimi göstərməyə çalışıllar. Bunlar bir az daha mürəkkəbdirlər.
Bir də fərqli olduqları yönündə çoxunun həmfikir olduğu insanlar…
Dünya aləm veclərinə olmadan yaşayanları ümumilikdə siyahılandırmağa ehtiyac yoxdu.

Nə isə fərqli olmaqda məncə əsas prinsip yenə də cəsarətdi.
Toplumlaq fərqlilikləri qəbul eləmək istəmir çox vaxt. İnsan vücudu və bakteriya kimi. Necə ki ya bakteriya bütün vücudu xəstə eləməlidi, ya da bədən bakteriyanı məhv eləməlidi. Toplum da fərqli düşüncələrə qarşı bu cür instink sərgilələyir.

Amma bütün bunlara baxmayaraq fərqli olsa da düşüncələrini dilə gətibilənlər, digər fərqli düşünənlərdən bir az fərqli olaraq, bütün cəmiyyətdə fərqli olaraq qəbul edilillər.

Yenə söhbət fərlanıb gəldi düşündüklərini deyə bilməyə.

Nə isə….

səhərdən “əsas odu” ilə başlayan son cümləni yazmaq istəyirəm amma yazammıram.
Əsas olan şeyin nə olduğunu tapmaq bu qədər asan olsaydı …..

Bir də bu yazıya heç dəxli olmayan bir şey.. (Yuxarıda yazılanlar da böyük ehtimal həftəbecərdi..🙂 )
Bu gün, ya da hər nə vaxtsa qayıdıq qıza desəm ki bəs səni sevirəm, qayıdıb deyər ki uy daa.
Doğurdan? heç ağlımın ucundan da keçməzdi e belə bir şey. Mən səni normal bi dost kimi görmüşəm həmşə falan filan..😀

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: