Güzgülərdən qorxanlar…

Bu başlıq maraqlı bir ad tapıb dəqqət cəlb etmək cəhdi deyil😀
Sözün ilkin mənasında olmasa da özləri haqda gerçəkləri görmək istəməyənələr yəni özlərini olduğu kimi göstərəcək güzgülərdən qorxanlaq haqdadı.

Nə isə keçək mövzuya. Bir gün bir çox insanın həyatının böyük hissəsini təşkil edən facebookda bir şey diqqətimi çəkdi. Eyni insanlar tərəfindən idarə edilən 5-6 səhifə var. Hamısı da `Azərbaycançılıq` idealogiyasına sadiq bir şəkildə idarə edilir.
Bu səhifələrdən birində belə bir paylaşımla qarşılaşdım : “Şərəfsiz ermənilər haqda dahilərin dedikləri (paylaş)”.
Sadəcə yazılanlar və yazılanlardan daha çox yazılan və yazılacaq olan şərhlər maraqlı gəldi mənə və başladım yazılanları oxumağa.
Paylaşımda adını bildiyim bir neçə nəfərdən başqa nə vaxtsa bölgədən gəlmiş keçmiş hansısa səyyahların məncə subyektiv olan sözləri yazılmışdı.
Paylaşıma yazılan şərhlər isə paylaşımın özünü də geridə qoyurdu. Bəziləri o qədər cuşa gəlmişdilər ki, hətta ən pis söyüşə belə layiq deyillər onlar yazmağa başlamışdılar. Yəni sözün əsl mənasında tragikomik şərhlər yazılırdı.
Bu hadisəyə və təhqirlərə tənqidi yanaşan bir neçə nəfər var idi ki, onlara da o saat ya ermənipərəst, ya da vətən xaini damğası vuruldu.
İki maraqlı faktı da bildirmək istəyirəm. Birincisi odur ki, bu paylaşımdan əvvəl Azərbaycanda söz azadlığı falan haqda bir yazı var idi. İkincisi isə paylaşdıqları materialda dahi adlandırdıqları biri ermənilər haqda deyir ki, onlar söyüşsöyəndilər. Yəni söyüş söymək özəlliyini tənqid edirdi hörmətli səhifə idarəçiləri və onlarla söyüş söyən insan bunu bəyənirdi.
Nə isə, mövzuya geri qayıdaq.
Bu yorumlardan sonra çox təəssüf ki tam yazdığım kimi yadımda qalmasa da ana fikri, əgər ermənilər bu qədər şərəfsiz, nə bilim ən pis söyüşə belə layiq olmayan insanlardısa və son yüz – yüz əlli ildir planlı şəkildə dənizdən dəniz böyük Ermənistan planı çərçivəsində torpaqlarımızı işğal edə bilirlərsə dönüb özümüzə bir sual verək ki bəs biz nəyik sualı olan bir şərh yazdım və olanlar oldu.
Bir anlıq divarımda bir canlılıq hiss etdim. Bir neçə dostum divarıma yazmağa başladı. Mən isə nələr olduğundan xəbərsiz idim. Sonra dostlar bildirdilər ki, bəs vətən xaini elan olunmusan.
Bundan sonra bu səfər mənə yazılan onlarla gülməli təhqirlər, ittihamlar və s. Məni tanımaq cəhənnəm heç yazdığım şərhi belə oxumayanlar rahatlıqla təhqirlər yazır, nə bilim bəziləri deyir ki, bu erməni qanı daşıyır və bənzəri sözlər.

Hər hansı bir millət haqda ümumiləşdirmə edib nəsə demək və ya yazmaq özü özlüyündə çox qəlizdi. İstər düşmənin haqda, istər öz millətin haqda nəsə yazırsansa tərəfsiz olmaq çox çətindi. İstər istəməz bir tərəfi ağ, digər tərəfi qara görürsən. Bunlar bir tərəfə hər nası üçüncü millət haqda da ümumiləşdirici fikir söyləmək qəlizdi, məncə hətta mümkün deyil. Çünki sizin dediyiniz kimi olmayan onlarla, yüzlərlə hətta minlərlə belə fərd tapmaq olar.

Bunların hamısını bir kənara qoyub yuxarıdakı hadisəni niyə yazdığıma keçək.

Biz həqiqətənmi bu qədər qorxağıq? Niyə özümüzü olduğumuz kimi görmək istəmirik? 100 insanımıza desən ki bəs biz Qarabağ savaşını uduzmuşuq görəsən necəsi başlayar bu fikrə qarşı çıxmağa? Bir birindən gözəl bəhanələr gətirilər. Rusiya faktoru, Azərbaycandakı iqtidar dəyişiklikləri və s. Çox az adam da qayıdıb deyər ki, səbəbi nə olursa olsun bəli biz məğlub olmuşuq və gəlin araşdıraq görək bunun arxasındakı səbəblər nədi ki bir daha belə bir savaş olsa bu səfər məğlub olmayaq.
Azərbaycan toplumunda ümumilikdə tənq sevilmir və çox yerdə təhqir ilə eyniləşdirilir. Bu isə özülüyndə ən böyük fəlakətlərimizdəndir. Tənqid olmayan yerdə hansı inkişafdan, hansı qələbədən danışmaq olar ki?

Burda çox səmimi bir şəkildə fikirlərimi yazacam. Biz özlüyümzdə çox böyük xəyallar qurmuşuq. Özümüzü çox böyütmüşük və gerçək gücümüzün fərqində belə deyilik. Və ya qorxuuruq gerçək gücümüzü görməyə. Həqiqətlərdən qorxuruq. Özümüz haqda həqiqətləri bilsək, qurduğumuz xəyallar bir anda yox olar və cılız bir şəkildə ortada qalarıq. Ona görədir ki, biz güzgüzlərdən qorxuruq. Güzgülər günahkardır bizə görə, çünki bizi olduğumuz kimi göstərir. Biz isə özümüzü olduğumuz kimi yox, olduğumuzu xəyal etdiyimiz kimi görürük.
Bu səbəbdəndir ki, qarşımıza harda bir güzgü çıxsa onu daşqalaq edirirk. Güzgülərin tək günahı isə bizi olduqları kimi göstərmələridir…

P.S. Yuxarıda yazdığım hadisədən ən çox yadımda qalan isə divarıma yazılan bir yazı oldu.
“Yenə neyləmisən sən?” 😀

4 Cavab to “Güzgülərdən qorxanlar…”

  1. Babek Says:

    Ellerine saglikkkkkkkkk…..

  2. mardanlamiya Says:

    Guzguden qorxanlar, bir zamanlar gunesh terefinden aldanmishlardir..Onlar geceler kolgelerini boyuk gorurler…bir gun Aydinliga cixacaqlarini unudublar.:)

  3. Cavid Qocalı Says:

    Maraqlıdı bəs o vaxt özlərini görəndə kimi günahlandırırdılar? ))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: