Yad Oğlanlar

Azərbaycan  toplumunda diqqəti ən çox özünə çəkən mövzulardan biri də yəqin ki qadın kişi münasibətləridir. Burada bir şeyi  qeyd etməkdə fayda var ki, qadın dediyimdə mən evli  və ya müəyyən yaşın üzərindəki xanımları nəzərdə tutmuram ümumilikdə bütün qadınları nəzərdə tuturam. Yaş fərqindən, ailə vəziyyətindən və s dən asılı olmayaraq bütün qadınları.

Nə isə mövzumuza qayıdaq..

Bu gün əgər bir qadın ilə kişi, istər tələbə olsunlar, istər universiteti yeni bitirmişlər olsunlar ya da heç universitet oxumamış gənclər, münasibət  qurduqlarında, yəni qısacası sevgili olduqlarında, qarşılıqlı tələblər başlayır. Sanki toplummda bu cür menasibətlər qarşılıqlı güvənsizlik şəraitində qurulur. Bu zaman da ortaya bir sual çıxır ki əgər bu qədər güvənsizlik varsa, onda nə gərək var buna?  Hər kəsin sevgilisi var deyə səndə də olması şərt deyil axı.. Şərt olsa belə  güvəndiyin bir insan tapana qədər gözləmək o qədərmi çətindi?

Bir daha nə isə…

Yazının mövzusu əslində bu da deyil. Kimin kim ilə, nəyə görə və ya necə münasibət qurmasını mühakimə etmək niyyətim yoxdu. Heç haqqım da yoxdu məncə…

Məni burada ən çox düşündürən mövzu isə sevgililər arasındakı güvənsizliyin hardan qaynaqlandığıdı. Bu  mövzu haqda düşündüklərimi yazmaq istəyirəm sadəcə..

İlk səslənən fikir budur təbii ki, bu cür menasibətlərdə. Qadına, güvənirəm amma ətrafdakılara güvənmirəm. Təbii ki, onu da vurğulamaq lazımdır ki bu cür güvənsizlik adətən qadına qarşı daha çox olur, və ya qadınlar o qədər də dilə gətirə bilmirlər bu güvənsizliklərini…

Ümumiləşdirmələri sevməsəm də bəzi hallarda bu qaçılmaz olur. Burda da qaçılmazdı və onu da qeyd edim ki, təbii ki, hamıda olan bir problem deyil bu.

Kişilər qadınlara güvənmirlər və bu güvənsizliklərini  çevrələrinə olan güvənsizlik kimi qələmə verib ört bastır etmək istəyirlər sanki. Bu cür münasibətlərdə hər zaman məni düşündürən sual o olub ki görəsən hansı tərəfdədi günah?

Bu cür güvənsizliyi qəbul edən qadınlarda yoxsa kişilərdə?

Qayıdaq ən önəmli bəhanəyə.. Çevrəyə..

Çevrəni bu qədər “təhlükəli” edən nədi görəsən? Niyə heç kim çevrəyə inanmır? Ya da çevrəyə ən çox inanmayanlar kimlərdi? Axı bu çevrə də elə insanlardan ibarətdi. Ayrı ayrı fərdlər var və hər bir fərd digər fərdləri günahlandırı sanki.

Yayda Bakıda olarkən bir tanışın öz dediklərin yazaraq aydınlatmaq istəyirəm mövzunu.

Gecə 10 – 11 olardı evə gedirdim.  Evin yanındakı dükana girdim, çörək falan alası idi. Nə isə dükanda satıcı işləyən də bir tanış idi. Elə başladıq bir az söhbət eləməyə və bir neçə sual verəcəm sənə dedi tanış. Fikirlərin mənə  maraqlıdı dedi.

İlk sual elə gözlədiim kimi sevgililər  haqda oldu.  Sual belə idi ki, sevgilinin oğlan dostları olmasını necə qarşılayırsan?

Normaldı dedim. Necə ki, mənim qadın tanışlarım, dostlarım var onun da o şəkildə dostlarının olması normaldı.

Qəribə bir baxış və “necə yəni?” sualı.

Təkrar etdim ki, mənim üçün çox normaldı bu cür şeylər.

Tanış isə qayıtdı ki, mənim sevgilim və ya gələcəkdə həyat yoldaşım olsa,  heç anasının evinə belə tək getməyə icazə vermərəm.

Bu söz də mənə gəribə gəldi və niyə belə bir şeyə ehtiyac duyduğunu soruşdum.

Dedi ki, qadına güvənsəm belə, çevrəyə güvənmərəm heç vaxt. İnsanlar elədi, belədi və s və ilaxır.

Nə isə bir az da bu şəkildə söhbət davam edirdi ki, tam dəqiq yadımda qalmayan bir mövzuda tanışım qayıtdı ki, sırf varlı imici yaradaraq evli olan qadınla belə yatmışam…

Və mənə o an aydın oldu bu çevrə sendromunu səbəbi.. Demək ki insanlar olduqları kimi görürlər çevrələrini. Özləri nələr isə etdikərindən hərkəsdən şüphələnirlər və “hər şey” edən qadınlar gördükləri üçün heç bir qadına güvənmirlər…

Qadınlar üzərində bu cür nəzarətin qadınlara olan haqsızlıqlardan biri  olaraq görürəm və mənə ən çox maraqlı gələn suallardan biri isə odur ki görəsən qadınlar bu cür “nəzarəti” niyə qəbul edirlər?

Çox təəssüf ki bu sualı cavablandıra bilməyəcəm..

Bu cür münasibətlərdə təməl səbəb yuxarıda yazdıqlarımdımı, deyil mi bilmirəm? Amma ən azından tək səbəb olmasa da səbəblərdən biri olduğunu düşünürəm.

Nə isə çox dağınıq olan bu yazımın başlığı haqda da bir iki kəlmə yazıb bitirmək istəyirəm.

Bir gün səmimi olduğum qadın dostlarımdan biri facebook hesabını dondurmuşdu. Eyni zamanda başqa bir hesabı da var idi və digər hesaba yazdım ki bəs hesabını niyə dondurmusan?

Cavab isə belə oldu..   Sevgilim icazə vermir ki qrup yoldaşlarım və qojumlarımdan başqa onun tanımadığı yad oğlanlarla danışım..

Sadəcə “xoşbətlik sənə” yazdım başqa bir şey yazammadım..

Nə isə yad oğlanlar, yad qadınlar məncə sorun deyil. Sorun insanın özündədi.

P.S. Dəyərli insan Rasim Əlibəylinin bu gün facebookda divarıma paylaşdığı And Justice for All mahnısını dinləyərək bitirirəm çoxdandır yazmaq istədiyim yazını..

Gecəniz Xeyrə🙂

Və unutmayaq ki “Justice”nin  ana sütunlarından biri də eşitlikdi…..

4 Cavab to “Yad Oğlanlar”

  1. mardanlamiya Says:

    bu fikirler mene nece de tanishdi)) Hemcinslerimiz arasinda eyni movqe:)

  2. rasim_can Says:

    maraqli yazidir, amma turkce sozlerden niye chox istifade edirsiniz?

    • Cavid Qocalı Says:

      Türkiyə Türkçəsində işlətdiyim sözləri deyirsinizsə, həm bizim ləhcədəki farsca sözlərdən daha doğrudu məncə işlətmək. və bundan da əlavə 5 ilə yaxındı Türkiyədə yaşayıram, ona görə də ola bilər..

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: