Dialoq

Bəzən insanlara fikirlərini sözlə ifadə etmək yazmaqdan daha çətin olur.
Bəzən insanlar demək istədiklərini deyə bilmirlər.
Və ortaya belə xəyal ürünləri çıxır..

. salam
. salam
. necəsən?
. yaxşı, sən necəsən?
. saol mən də yaxşıyam…
. hər şey yaxşıdı?
. hə normaldı hər şey nolub ki?
. nə bilim nəsə birtəhər dəyirsən gözümə
. ola bilər
. ola bilər?
. aha, sadəcə bir az gərginəm.
. nolub ki?
. ən azından heç nəyin fərqində deyilsən.
. nolub axı?
. heç nə olmayıb, sadəcə neçə vaxtdır bu görüşdə nə danışacağımı planlaşdırırdım. Amma hələ də nə danışacağıma dair heç bir fikrim yoxdu. Ona görə bir az gərginəm sadəcə.
. nə danışmaq istəyirsən ki?
. problem də ordadı ki, nə danışmaq istədiyimi də tam bilmirəm.
. cavid sən yaxşısan?
. əmin deyiləm.
. bəlkə danışasan cavid?
. problem də ordadı da. Demək istədiklərimi deyə bilmirəm. Sadəcə bacarmıram. Ya da ki deməkdən qorxuram, gerçəklərlə üzləşməkdən çəkinirəm, nə bilim bəlkə də sadəcə olaraq danışa bilmirəm.
.mövzu nədi axı ay cavid? Ne demək istəyirsən mənə? Niyə burdayıq? Məqsədin nədi? əgər danışa bilməyəcəkdinsə bütün bunları niyə deyirsən?
. danışa bilməmək danışmaq istəmədiyim mənasına gəlmir axı….
. bəlkə sadəcə cəht edəsən? Bəlkə alındı…
. yaxşı danışacam, bütün demək istədiklərimi deyəcəm. ən azından cəhd edəcəm buna.
. buyur dinləyirəm
. sadəcə bir şey xahiş edirəm ki sözümü kəsməyəsən. Axıracan danışım sonra demək istədiklərinin hamısını deyərsən.
. yaxşı, eşidirəm səni…
. deməli belə… indiyə qədər ümid edirdim ki, nələrdənsə şüphələnəsən, nələrinsə fərqində olasan, nələrsə hiss edəsən amma hal hazırda əmin oldum ki yox. Yenə həmşəki Cavidəm. Sevgimi bəlli etməmək üçün dəridən qabıqdan çıxan cavid. Həmşə öz özümə xəyallar qururam. Deyirəm ki belə olsa belə olardı, elə olsa elə olardı. Həmşə ehtimallarla yaşayıram, nəsə hiss etmə ehtimalın üzərində düşünəbiləcəyindən də çox xəyal qurmuşam. Düşünmüşəm ki nələrinsə fərqindəsən və davranışlarına nəsə məna vermək olar. Yəni qısacası sənin xəbərin belə olmadan içində sən olan xəyallar qurmuşam və bəzilərini də gerçək saymışam bunlardan. Amma ən əsası odur ki.
. Cavid?
. sözlərim hələ bitməyib…
. sadəcə bir sualım var
. bitirdikdən sonra desən?
. yox indi demək istəyirəm
. o zaman buyur…
.məni sevirsən ya yox?
. bayaqdan elə onu deməyə çalışıram da…
. hə ya yox?
. hə amma…
. onda niyə birbaşa demirsən bunu?
. izah etməyə çalışdığım da budur da elə. Səbəbini bilmirəm amma deyə bilmirəm. Heç kimə sevdiyimi deyə bilmirəm. Sadəcə bacarmıram bunu. Nə qədər istəsəm də deyə bilmirəm.
. axı niyə?
. nə bilim bəlkə də hansı cavabı almaq istədiyimdən əmin olmadığım üçün. Xəyallar təhlükəsizdi. Gerçək deyillər. Heç kimə zərərləri dəymir. Amma iş gerçəyə gələndə nə istədiyimi tam olaraq bilmirəm.
. onda bu görüşün məqsədi nədi ki?
. bilmirəm ki… əslində düşündüm ki bunları bilmək sənin haqqındı. Həm mənim üçün də rahat olar sənin hər şeyi bildiyini bilmək. Bu cür olmur.. özümü, ətrafımdakıları narahat edirəm,
bir az gerçəkci olmalıyam deyə düşündüm..
. mənə hələ də çox şey qaranlıqdı…
. belə deyim, səni sevirəm amma sənlə birlikdə olmaq, bir ilişki yaşamaq istəyib istəmədiyimdən əmin deyiləm..
. bir tərəfdən deyirsən ki sevirəm, o biri tərəfdən də deyirsən heç nə istəmirəm. Indi bundan nə başa düşmək lazımdı?
. heç nə. Sadəcə sevirəm da.. daha doğrusu bir ilişki yaşamağa hazır olub olmadığıma əmin deyiləm. Bilmirəm alınar ya yox, özümə güvənmirəm, başarısız olmaqdan qorxuram ya da nə bilim fədakarlıq etməyə hazır olub olmadığımdan əmin deyiləm.
. nə fədakarlığı? Bu günün mənası nədi axı? Bütün bunları mənə niyə danışırsan?
. elə belə… sadəcə dedim ki biləsən, daha doğrusu bilməyini istəyirdim o qədər.
Fədakarlığa gəldikdə isə, həyatımdan, arzularımdan bəzi hədəflərimdən vaz geçmək istəmirəm. Buna hazır olub olmadığımdan əmin deyiləm. Daha doğrusu tam olaraq nə istədiyimi də bilmirəm… bəzən tək olmaq daha yaxşıdır deyə düşünürəm. Daha asandı həyat bucür. Sadəcə özün varsan vəssalam. Həyat səndən ibarətdi. Bucür sadə həyat yaşamaq daha asandır..
.bir sevgili niyə xəyallara mane olsun ki? Bəlkə problem səndədi? Sadəcə bəhanələr uydurursan? Real olmayan ehtimallar üstündə həyatını qurursan?
. misalçün hansı qız qəbul edər ki sevgilisi çıxıb getsin harasa, aylarla illərlə geri gəlməsin, onla əlaqə saxlamasın, xəbərsiz qoysun onu da hamı kimi? Kimsə qəbul etsə belə bunu etmək ona haqsızlıq olar məncə. ən azından bunu etmək istəmərəm mən.
. biryerdə də səyahət edə bilərsiz axı
. aylarca hər kəsdən – bütün tanışlardan uzaqda bir həyat yaşamaq istəyirəm bəzən. Hamıdan uzaq… istisnasız hamıdan…
. nə qədər uzaq?
. nə qədər uzaq olsa olsun, misalçün afrika, kanada və ya avstraliya və s.
. hmm…

.Sadəcə budu səbəb?
. yox yəqin ki, bəlkə də bu sadəcə bəhanədi. əmin deyiləm. Doğrusu heç nədən əmin deyiləm. Nə istədiyimdən, nə etməyə çalışdığımdan, hədəflərimdən, xəyallarımdan belə əmin deyiləm..
. yorğunam, evə getsəm yaxşı olar..
. yaxşı..
. bəlkə kızılaya qədər bərabər gedək?
. yolda adam çox olar bu saatda. Bu durumda o qədər adam olan yerdə gəzmək istədiyimdən əmin deyiləm.
. park tərəf sakitçilikdi.
. yaxşı gedək..

. ancaq mən danışdım deyəsən..
. yoo niyə ki.
. sən necəsən e? Işlər necədi?
. mənəm da. Bildiyin kimidi hər şey. Universitetə gedib gəlirəm hər gün. Belə maraqlı heç nə yoxdu demək olar ki.
. hmm

. nəsə çox fikirli görünürsən səhərdən bəri. Hər şeyin yaxşı olduğuna əminsən?
. həə. Yaxşıdı hər şey. Sadəcə sevgilimlə bir az problem var.
. nə problemi? Özəl deyilsə təbii
. heç tez tez mübahisə edirik. Bir müddət danışmırıq. Sonra hər şeyə təzdən başlayırıq, yenə eyni şey olur… beləcə davam edir. Amma bilmirəm nə vaxta qədər davam edəcək bu cür..
. həə.
. noldu?
. heç, sadəcə heç nə olmamış kimi davranırsan. Bir az qəribə gəlir mənə hər şey?
. sevgilim haqda danışmağım?
. sadəcə o yox. Hər şey əslində. Burda olmağımız, hər şey normalmış kimi söhbət eləməyimiz və s.
. bunda sonra necə olacaq?
. mən də səndən bunu soruşacaqdım elə. Bundan sonra nə olacaq?
. bəlkə də əvvəlki kimi qalsaq daha yaxşı olar. Sanki bu söhbət heç olmayıb..
. məncə özümüzü aldatmağa heç ehtiyac yoxdu..
. onda bəs necə olacaq?
. nə bilim…

. Metroya çatdıq. Burda ayrılsaq yaxşı olar.
. yaxşı mən gedim. Hələlik..
. hələlik…

4 Cavab to “Dialoq”

  1. MetaLL Says:

    tək deyilsən. sənin kimi düşünən kifayət qədər adam var. yazından sonra anladım.
    mənim kimi düşünən sən varsansa, sənin kimi düşünən mən varamsa, bizdən sadəcə 2 dənə deyil hər halda: )

  2. paranormalka Says:

    Sevib amma ilishkiye hazir olmadigini hiss etmeyin mence yegane sebebi var.Qarshindakini.ozunden ustun gorub, ozunu ona layiq gormemek.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: