Blog haqda yazı

Neçə gündür ki, ağlımda 2-3 mövzu var.  Yazmaq istəyirəm amma nədənsə yazmıram. Bəlkə də sadəcə  tənbəllikdi.

Amma özümə belə də bir sual verirəm ki, görəsən ümumiyyətlə insan nəyə görə nəsə yazır? Nəyə görə buna ehtiyac var ümumiyyətlə?  Bəlkə sadəcə digərlərindən fərqli olduğunu sübut etməyə çalışır yazan hər kəs?  Yazmayanların sayınin yazanlarla müqayisə olunmayacaq dərəcədə çox olduğunu düşünsək burada həqiqət payı görəbilərik bəlkə də.

Bir ehtimal da bu sadəcə cəsarət göstəricisidi.   Onsuz da düşünən insan azdı və bu azın da az hissəsi düşüncələrini ifadə etmək cəsarəti tapır özündə.

Bəlkə də insanlar içlərindəki enerjini çıxarmaq üçün yazıllar. Yazmasalar içlərində toplanan enerji rahatsız edər insanları.

Ehtimallar çoxdu və  ehtimallar üzərində bu qədər düşünməyə dəyməz məncə. Bütün insanlar təməldə bir birlərinə bənzəsələr də, xırda nüanslarda hərkəs fərqlidi məncə. Və yazan insanların də yazma səbəbləri fərqlidi məncə.

Bəlkə də elə belə yazırlar, sadəcə yazıllar.

 

Blog da yazıları tanıdığın və tanımadığın insanlarla paylaşmaq üçün yaxşı bir imkandı. Təbii ki Facebook dan sonra çox şey kimi bloglar da bir az arxa planda qalsalar da, hər şeyə rəğmən blogda yazmaq daha karizmatikdi🙂

 

Ona görə mən də tənbəlliyi bir kənara qoyub yazmağa çalışacam.  Yaxşı və ya pis yaazmaq, neçə insanın məni oxuyacağı ikinci dərəcəli suallardı mənim üçün. Mənə əsas olan düşündüklərimi digərləri ilə paylaşabilməkdi. Və bu blogda da buna çalışacam.

 

Mənə uğurlar😀

2 Cavab to “Blog haqda yazı”

  1. Neo Dədə Qorqud Says:

    Yazmaq Yazmaq Yazmaq yenə də yazmaq! :)))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: